Page 108 - Islamic Studies 01
P. 108
Qurani-Kərimdə Peyğəmbərə (s)... / (107
Qurani–Kərimdə vilayət məsələlərində Peyğəmbər
(s) və Əhli-beytə (ə) təqlid
Nisa surəsinin 59-cu ayəsi ilə başlamaq istəyirəm , çünkı
Peyğəmbərə (s) və Əhli-beytə (ə) təqlid mövzusunda bundan
yaxşı ayə görmürəm : “Ey iman gətirən kəslər, Allaha itaət
edin , Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə də itaət
edin! Əgər bir şey barəsində mücadilə etsəniz, Allaha və axirət
gününə iman gətiribsinizsə, onu Allaha və Peyğəmbərə həvalə
1
edin! Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır” .
Əllamə Təbatəbai, özünün “Əl-Mizan” təfsirində bu ayədə
gələn itaət barəsində belə şərh verir : “ Şübhə etməmək
lazımdır ki, uca Allahın bizdən özünə istədiyi itaət,
Peyğəmbəri yolu ilə bizə vəhy etdiyi məlumatlara və
qanunlara itaət etməmizdir.ıl
Peyğəmbərə gəlincə onun iki funksiyası var. Biri Allahın ona
Quran xaricində vəhyi mesaclara söykənən təşrii qanun qoyma
funksiyasıdır. Bu mesajlar Quranın qoyduğu ana prinsiplərinin
və Quran ilə əlaqədar və bağlı olan detallarda Peyğəmbərin
insanlara etdiyi şərhlərdir. Necə ki, Allah belə buyurur : “
İnsanlara onlara göndəriləni izah üçün ...Sənə də Quranı nazil
2
etdik “ . İkinci funksiyası isə doğru bildiyi görüş şərhləridir.
Bu da onun hökm (mühakimə) və hökümət xüsusundakı
vilayəti ilə əlaqədardır. Necə ki, uca Allah bununla əlaqədar
olaraq belə buyurur : “ Allahın sənə göstərdiyi şəkildə insanlar
3 4
arasında hökm edəsən...” .
Müəllif itaət barəsində şərhlərini davam etdirərək son nəticədə
1. Qurani-Kərim, ”Nisa” surəsi, ayə 59 .
2. Qurani –Kərim, “Nəhl” surəsi, ayə 44 .
3. Qurani Kərim, “Nisə” surəsi, ayə 105.
4. Əllamə Təbatəbai, “ Əl-Mizan təfsiri”, c. 4, səh. 543-544