Page 131 - Islamic Studies 01
P. 131

,
               130) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət
               necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.”
                 5.  Təhsil  hüququ –  Qurani  Kərimdə  Ələq  surəsinin  birinci
               ayəsinin  “Oxu!” deyə başlamasının mənası ondadır ki, Allah
               hər bir cins üçün elmi və öyrənməyi vacib bilmişdir. Qadınlar
               İslamın  gəlişi  ilə  oxu  və  yazı  qaydalarını  öyrənmiş  və
               öyrətməyə başlamışlar.

                 6.  İqtisadi  müstəqillik  hüququ –  Qadın  öz  ixtiyarında  olan
               irsdən, özünə aid olan maldan istədiyi kimi istifadə edə bilər.
                                                                                    1
                 7.  Xərclərini  tələb  etmək  hüququ –  Qadının  bu  hüququ
               kişilərin vəzifəsi olaraq formalaşmışdır. Yəni kişi öz qadınının
               bütün xərclərini (yemək, içmək, geyim və s.) ödəməlidir. Kişi
               imkanı olduğu halda qadının xərclərini təmin etmirsə, qadının
               istədiyi vasitələrlə  ərindən  ehtiyaclarını ödəməyi  tələb  etmək
               hüququ  var.  Buna  nail  olmadıqda,  məhkəməyə  müraciət  edə
               bilər.  Bu, məhkəmə müdafiəsi hüququnu ortaya çıxarır.
                     2
               8.  Nikahda  sərbəstlik  hüququ –  İslamda  qadının  izdivacı  öz
               əlindədir,  bu  məsələdə  hər  hansı  bir  məcburiyyət
               yolverilməzdir.   Əgər nikah əqdində qarşılıqlı razılıq olmazsa,
                                3
               İslam baxımından bu müqavilə etibarlı hesab olunmur.
                 9. Miras hüququ – Bu hüquq Nisa surəsində öz əksini dəqiq
               qaydada tapmışdır. Surədə qeyd olunur ki, bir oğlan övladının
               payı iki qız övladının payına bərabərdir . Bu, ailənin strukturu
                                                            4
               ilə bağlıdır və İslamda maddi məsələlər üzrə məsuliyyət kişiyə
               verilmiş bir öhdəlikdir. Ona görə də, bu qayda qadınlara qarşı
               ayrı-seçkilik nəzərdə tutmur.






               1. Əbdürrəhman Yusifpur,  “İslam dinində qadın məsələsi”, səh. 12
               2. Əbdürrəhman Yusifpur,  “İslam dinində qadın məsələsi”, səh. 13
               3. Əbdürrəhman Yusifpur,  “İslam dinində qadın məsələsi”, səh. 16
               4. Nisə surəsi, ayə 11-12.
   126   127   128   129   130   131   132   133   134   135   136