Page 137 - Islamic Studies 01
P. 137

,
               136) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               alıb,  dünya  və  axirət  xoşbəxtliyinə  nail  olanlar  nə
               xoşbəxtdirlər?!
                                 1
               Ailə məsələlərində kişinin hakim olması haqda Quranda belə
               buyurulmuşdur: “... kişilər qadınlar üzərində himayəçidirlər.”
                                                                                    2
               Amma  ayənin  həqiqi  mənası  bu  deyil  ki,  kişilər  qadınların
               üzərində  hakimdirlər  və  hər  nə  istəsələr  edə  bilərlər.  Əksinə
               təfsirçilərin  və  lüğətşünasların  nəzərlərinə  əsasən  "qivam"

               kəlməsinin  mənası  başçı,  ailənin  işinə  yardımçı  və  bu  kimi
               sinonimlərdir. Amma əgər ailəyə kiçik bir dövlət kimi baxsaq
               və onu kiçik bir ictimaiyyət kimi qiymətləndirsək, təbii ki, bu
               kiçik dövlətə böyük bir dövlət kimi başçı və arxalana biləcəyi
               kimsə lazımdır. Bu başçılıq hər tərəfdən bu ağır məsuliyyətə
               qabiliyyəti və gücü çatan bir nəfərə həvalə edilməlidir. Təbii
               ki, bu işin öhdəsindən hər cəhətdə qadından qüdrətli olan kişi
               gələ bilər, çünki:
                 1- Kişi çətinliklər müqabilində dözümlü və səbirli, qadın isə
               atifəli  (emosianal  xüsusiyyətə  malik), hissiyyata  qapılan  incə
               və kövrək bir məxluqdur.
                 2- Həmçinin fiziki cəhətdən də qadın kişidən olduqca zəif və
               incədir.
                 3- Bundan əlavə ailənin gəliri və mənfəəti, habelə gündəlik
               tələbatı kişinin öhdəsində olduğu üçün başçılıq da onun  əsas
               məsuliyyətlərindən biridir.
               Qurani-  Kərimin  nəzərində  kişinin  ailədə  olan  hakimliyi  və
               başçılığı yalnız Allahın razılığı, icazəsi və ədaləti çərçivəsində
               olmalıdır.  Amma    məqam  baxımından  yalnız  iman  və  təqva
               sahibləri  Allah-Taalanın  hüzurunda  fəzilətlidirlər.  Yəni
               insanların  üstünlüyü  onların  hansı  cinsdən  olmasında  deyil,
               əksinə onların nə qədər təqvalı olmasındadır. Qurani-Kərimin


               1. İrfan Jurnalı, n. 2. səh. 34
               2. Ən-Nisa surəsi, ayə: 34
   132   133   134   135   136   137   138   139   140   141   142