Page 160 - Islamic Studies 01
P. 160

Ailənin səmərəliliyində... / (159


                  8.  Ailədə dürüstlük

                Dürüstlüyün  əhəmiyyətinə  dair  Qurani-Kərimdə  misilsiz
               şərhlər  vardır.  Allah  möminlərin  dürüstlüyünün  bu  dünyada
               onlara  kömək  edəcəyini  və  Qiyamət  günü  onları  xilas

               edəcəyini  söyləyir; mükafatını  cənnət  və  doğrulardan  razılığı
               sayır.   Hədislərdə  də  bu  əxlaqi  fəzilətə  böyük  əhəmiyyət
                     1
               verilmiş, bütün insan fəzilətlərinin dürüstlükdən və həqiqətdən
               qaynaqlandığı,  bütün  yaxşılıqların  açarının  həqiqət,   bütün
                                                                             2
               pisliklərin  başının  isə  yalan  və  yalançılıq  olduğu  nəql
                           3
               edilmişdir.   İmam  Sadiq  (ə)  həqiqəti  ətraf  aləmi  işıqlandıran
               bir  nur  kimi,  onun  şüası  düşən  hər  şeyi  qüsursuz  olaraq
               işıqlandıran bir günəş misli qəbul edir.
                                                          4
                Quran  təlimlərinə  və  hədislərə  görə,  həqiqət  və  dürüstlük
               insan  həyatının  bütün  sahələrinin  səmərəliyində  təsirlidir.

               Buna  diqqət  insanın bu böyük  əxlaqi  fəzilətə  yönəlmək, onu
               həyatında  tətbiq  etmək  motivasiyasını  artırır.  Dürüstlük
               fəzilətinin ilk təsiri kollektiv əməkdaşlıqlarda inam və etimad

               qazanmaq  məsələsidir.  İnsan  həyatının  əsasını  qrup  və
               kollektiv iş təşkil edir və kollektiv əməkdaşlıq olmadan vacib
               və dəyərli işlər həyata keçmir və ya zəif inkişaf edir, yaxud da

               ləngiyir.
                Kollektiv işin inkişafı, öz növbəsində, qrup üzvləri arasında
               etibar və güvən olmadan mümkün deyil, aralarında dürüstlük


               1. Maidə, ayə 119
               2. Məclisi, Bihar əl-ənvar, c. 68, səh. 9

               3. Məhəmmədi Reyşəhri, Müntəxəbi Mizan əl-hikmət, səh. 439

               4. Yenə orada, səh. 10
   155   156   157   158   159   160   161   162   163   164   165