Page 48 - Islamic Studies 01
P. 48
Quranda uşaq hüququ / (47
hüquqları, vəzifələri haqda olan göstərişlərin, onların ailədə və
cəmiyyətdə düzgün tərbiyə olunması barədə nəsihətlərin və
tövsiyələrin Quranda yer alması təbiidir.
Öncə Quranda uşaq sözünün ümumiyyətlə hansı ifadələrlə
təqdim olunduğuna və onların mümkün mənalarına nəzər
salaq. Qurani- Kərimdə uşaq sözü bir neçə ifadə vasitəsilə
nəzərimizə çatdırılır: bənun, bunəyyə, vələd, tıflun, zurriyyə,
əsbat.
Bənun – oğullar mənasındadır. Bəqərə surəsinin 132-ci
ayəsində, Yusif surəsinin 67-ci ayəsində, Ali İmran surəsinin
14-cü ayəsində, Kəhf surəsinin 46-cı ayəsində işlənmişdir.
Bunəyyə - oğulcan, əzizləmə mənasında təqdim olunur. Yusif
surəsinin 5-ci ayəsində, Loğman surəsinin 13-cü ayəsində,
Hud surəsinin 42-ci ayəsində bəhs edilir.
Vələd – övlad sozüdür, həm təkdə, həm də cəmdə işlənmişdir.
Quranda İsra surəsinin 31-ci ayəsində, Təğabun surəsinin 14-
cü ayəsində, Mücadələ surəsinin 17-ci ayəsində, Cin surəsinin
3-cü ayəsində və digər ayələrdə keçir.
Ətfal – uşaq, körpə mənasını verən tıflun sözünün cəmidir.
Nur surəsinin 31-ci ayəsində təkdə, həmin surənin 59-cu
ayəsində cəmdə gəlmişdir.
Zurriyyə - uşaq, oğullar, nəsil mənalarında təqdim olunur. Bir
çox ayələrdə yer almaqdadır. Ənam surəsinin 84-cü ayəsində,
Əraf surəsinin 172-ci ayəsində, İbrahim surəsinin 37-ci və 40-
cı ayələrində, Furqan surəsinin 74-cü ayəsində və s.
Əsbat – oğullar, övladlar mənasında işlənmişdir. Ali İmran
surəsinin 84-cü ayəsində, Nisa surəsinin 163-cü ayəsində, Əraf
surəsinin 160-cı ayəsində işlənmişdir.
İndi isə diqqəti Qurani-Kərimdə övlad haqqında tövsiyələr,
uşağın yaşamaq hüququ, təmin olunma hüquqları, ailə qurmaq
və cinsi tərbiyə, müşavirə və müdafiə haqqı, irs haqqı, düzgün