Page 79 - Islamic Studies 01
P. 79
,
78) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Onlar bu həqiqəti anlamalıdırlar ki, Qurani-Kərim Allahın
insanlara yolgöstərən olaraq endirdiyi kitabdır və Allah-Taala
Qurani-Kərimdə insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın
əsasında isə sevgi, şəfqət, xeyirxahlıq, ədalət və mərhəmət
kimi anlayışlar dayanır. Quran ayələrində insanlar İslam
əxlaqına çağırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə
buyurulur: “Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və
itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki,
1
həqiqətən, o sizin aşkar düşməninizdir.” Ayədən
göründüyü kimi, Allah-Taala insanların əmin-amanlığını
onların Quran əxlaqına uyğun yaşamasında görür. İslam
əxlaqına görə, müsəlman bütün digər insanlara qarşı mehriban
və ədalətli olmalıdır. O zəif və günahsızları qorumağa və yer
üzündə fitnə-fəsadın qarşısını almağa məsuliyyət daşıyır.
Bir ayədə buyurulur ki, Allah-Taala fitnə-fəsadı sevməz: “Üz
döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına
keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin
sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah
2
fəsadı sevmir.” Bir insanın günahsız yerə öldürülməsi isə
İslamda ən böyük günahlardan biridir. Allah-Taala musəvilərə
vəhy etdiyi bu əmri Quranda belə bildirir: “Bu səbəbdən (belə
bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu
olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim
can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-
fəsad törətməmiş bir insanı öldürsə (ya islamdan küfrə
aparsa), sanki bütün insanları öldürmüşdür (və
azdırmışdır və o, günahsızların qatillərinə məxsus
cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə
(ölümdən nicat versə, yaxud küfrdən islama gətirsə), sanki
bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan
1.Əl-Bəqərə surəsi, ayə 208
2.Əl-Bəqərə surəsi, ayə 205