Page 220 - Islamic Studies 02
P. 220

218) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Hər kim Yasin surəsini qəbrstanlıqda oxusa, Allah qəbirstanlıq
               əhlinin əzabını yüngülləşdirər və ona qəbirstanlıqdakıların sayı
                                    1
               qədər savab verər.
               Hər  kim  Yasin  surəsini  oxusa,  iyirmi  dəfə  həccdə  olanların
               savabını  verər  və  hər  kim  eşitsə,  Allah  yolunda  iyirmi  min
                                                         2
               dinar sədəqə verən şəxsə bərabərdir.
               Hər kim Yasin surəsini yazsa və suyunu içsə ona min nur, min

               yəqin,  min  bərəkət,  min  hikmət,  min  rəhmət  və  min  dərəcə
                                                             3
               yazar və ondan min pisliyi uzaqlaşdırar.
               Hər kim Yasin surəsini yazsa və bağda ağacdan asarsa, bağın
                            4
               ruzisi artar.
               İmam  Muhəmməd  Baqir  (ə)  buyurmuşdur:    “Hər  kim  Yasin
               surəsini  zəfəranla  bir  qaba  yazarsa,  sonra  su  ilə  qabi  yuyub
               suyunu içsə, qəlbində olan qəsavəti yox olar”.
                                                                   5
               Hər kim Yasin surəsini oxusa, həccdə olmağa bərabərdir. Hər
               kim Yasin surəsini eşidərsə, Allah yolunda min şəxsə sədəqə
               verən  kimidir.  Onu  kim  yazsa,  yusa  və  içsə  min  dəva,  min
               bərəkət,  min  rəhmət  ona  verilər.  Kimin  dərd  və  narahatlığı
               varsa, ondan uzaqlaşar. Hansısa qadının südü az olsa, onu içsin
               südü  çoxalar.  Hər  kim  onu  özü  ilə  gəzdirərsə  pis  gözdən,
                                                                  6
               cinndən amanda qalar və yaxşı yuxular görər.
               Bir  nəfəf  İmam  Əliyə  (ə)  dedi:  Bir  əşya  itərsə  və  yaxud  bir
               şəxsdən  xəbər  çıxmasa,  nə  etmək  lazımdır?    İmam  Əli  (ə)
               buyurdu:    “İki  rükət  namaz  qıl.  Hər  rükətdə  həmddən  sonra
               Yasin  surəsini  oxu.  Sonra  de:  “Ya  hadiyəz  –  zallətu  ruddə
               ələyyə zalləti”. (Ey azmışları hidayət edən, yolundan çıxdığımı



               1 Yasin haqqında eşidilməlilər. Səhifə 42 – 43.
               2 Yasin haqqında eşidilməlilər. Səhifə 42 – 43.
               3 Yasin haqqında eşidilməlilər. Səhifə 42 – 43.
               4 Yasin haqqında eşidilməlilər. Səhifə 42 – 43.
               5 Bəsair. Cild 33. Səhifə 608.
               6 Xutum və əzkar. Cild 1. Səhifə 152.
   215   216   217   218   219   220   221   222   223   224   225