Page 228 - Islamic Studies 02
P. 228
226) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Səmi`, Bəsir [olan] Allahın mə`rifətindən ayrı olmaz. O
Allahın ki, peyğəmbərləri göndərmiş, Qur`anı Məhəmməd
Mustafaya (s) nazil etmiş və İslam ümmətinin yekdil nəzərlə
qəbul etdiyi halalı, haramı, vacibi, müstəhəbbi bəyan etmişdir.
Deməli iman bu məsələlərə şamil olur, nə az, nə də çox, çünki
ondan azı iman sayılmaz və ondan çoxu imanın özü yox,
1
kamalı olar.
Məsələyə başqa formada baxsaq, dha geniş təhlil edə bilərik.
İlk növbədə unutmayaq ki, “İman” sözü ərəb dilindən
tərcümədə “güvənmək, arxayın olmaq, əmin olmaq, sidq
ürəkdən inanmaq” mənalarını verir. Dini anlamda Allaha,
Onun peyğəmbərlərinə, axirət aləminə və qəbul edilməsi
gərəkən digər prinsiplərə tərəddüdsüz olaraq inanmağa deyilir.
İmanlı şəxsi “mömin” adlandırırlar.
İnsanların mənəvi və yüksək inamları, onların bu aləmdə olan
bəzi həqiqətlərə qarşı iman və etiqadından doğan bir şeydir.
İnsanın iman gətirdiyi bu inanclar həm fərdin və həm də
təbiətin fövqündə dayanan həqiqətlərdir. Bu cür iman və
etiqadlar öz növbəsində, Allahın peyğəmbərlər vasitəsilə
insanlara təqdim etdiyi dünya görüşündən doğan məsələlərdir.
Buna görə də, insanın yüksək mənəvi inamı özü üçün fikri və
2
etiqadi bünövrə qurduqdan sonra «iman» adını kəsb edir.
Hikmət alimləri islamda olan imanın dərrakə və düşüncə ilə
bağlı olduğunu söyləyirdilər, amma iman haqqında olan bu
izahlara diqqət yetirdikdə, onları islami əsaslarla heç cür tətbiq
etmək olmur. Çünki islamda olan iman dərrakə və düşüncədən
daha geniş bir həqiqətdir. Məsələn, sosioloq cəmiyyəti, zooloq
heyvanları, psixoloq isə insan psixloligiyasını araşdırır və
öyrənir. Bunları tanıyıb bilmək, onların həqiqətlərini dərk
etmək deməkdir.
1 - Nəsirəddin Tusi, "Övsaful-əşraf" kitabı, Birinci fəsil,səh 1
2 - M.Mütəhhəri. İnsan və iman. səh-12-13