Page 25 - Islamic Studies 02
P. 25
Modern cahiliyyət ilə mübarizə metodları/ (23
ibadətlərin faydası müstəsnadır. İbadətdən uzaqlaşmış insan
ictimai işlərdə əsl məqsəddən uzaq düşüb, yolunu aza da bilər.
Bizim nəfsimizin feliyyəti bizim fəaliyyət, iş və
əməllərimizin məhsulu olub bizim əqidə, əxlaq, səciyyə, xislət
və əməllərimizin vasitəsi ilə formalaşır. Onun yaxşı və ya pis
nəticəsi də axirət aləmində aşkar olacaqdır.
Başqa bir yerdə Həzrəti Əmir (ə.s) belə buyurur: “Necə də pis
ticarətdir dünyanı öz nəfsinin dəyəri kimi bilib və onu Allah
1
yolunda olanların əvəzində satmaq”.
Modern cahiliyyətə qarşı “Ağıl, Həya, İman və Həzrəti
İmam Məhdinin (ə.f.) mübarək zühuru
Cahilləyə barədə danışanda o keçmiş əsrlərə aiddir.
Rasionalizm cərəyanının hökm sürdüyü dövrdə danışmaq
mənasız söhbətdir, lakin cahiliyyə məfhumuna diqqətlə nəzər
saldıqda anlayırıq ki, onun müasir insana yetirdiyi bu böyük
müşküldür. Özümüzün müxtəlif nəfsani xəstəliklərimizin
tanınmasında istifadə olunası müəyyən vasitə və yolların
burada qeyd edilməsi yerinə düşərdi:
1. Əql qüvvəsinin gücləndirilməsi: İnsanın mələkuti və ali
mərtəbəsi onun sair məxluqlardan seçilməsinə, onun imtiyaz
və üstünlüyünə səbəb olan amil Quran və hədislərdə müxtəlif
adlarla qeyd olunmuşdur; ruh, qəlb, nəfs və əql. Bunların
hamısı vahid bir həqiqəti ifadə edir. Lakin müxtəlif səbəblərə
görə müxtəlif cür adlandırılmışdır. Həqiqi təfəkkür və
düşüncənin mənşəyi olduğuna görə əql adlandırılır.
“Nə üçün yer üzündə seyr etmirlər ki, onların təəqqül edə
biləcək qəlbləri olsun ?!” 2
1Nəhcül-bəlağə, 32-75-ci xütbələr.
2Həcc, 46.