Page 37 - Islamic Studies 02
P. 37

Modern cahiliyyət ilə mübarizə metodları/ (35


               cahiliyyət  dövünün  insanı  kimi  dünyadan  getmişdir.  Mən:
               “Hər kəs imamsız ölərsə, ölümü cahil insanın ölümü kimidir?”
               – deyə soruşdum. İmam (ə.s) buyurdu: “Bəli”.
                                                                   1
                 Digər  hədisi  də  Şeyx  Kuleyni  (r.ə)  bu  sənədə  əsasən  nəql
               edir:    Əhməd       ibn     İdris    (Şeyx      Kuleyninin      hədis
               müəllimlərindən)  Əbu  Əli  Əşəridən  (Siqə  və  şiənin  seçilən
               hədis ravilərindəndir), o da Muhəmməd ibn Əbdül Cəbbardan,
               o  da  Səffanbin  Yəhyadan,  o  da  Füzeyldən,  o  da  Haris  ibn
               Müğeyrədən belə nəql edir: "İmam Sadiqdən (ə.s) soruşdum:
               "Peyğəmbər  "hər  kəs  İmamı  olmadan  ölərsə,  cahil  və  dinsiz
               kimi ölmüşdür" – buyurubmu?"
                 İmam  (ə.s)  cavab  verdi:  "Bəli".  Mən  imamdan:  "Belə  bir
               şəxsin  ölümü  cəhalət  və  nadanlıqda  dünyadan  getmiş  şəxsin
               (cahili  qasir,  yəni  məlumatsız  və  anlamaz  birinin)  ölümü
               kimidir? Yoxsa İmamını tanımayan cahil (cahili müqəssir) bir
               şəxsin  ölümü  kimidir?"  –  soruşduqda  İmam  (ə)  belə  cavab
                                                                                     2
               verdi: “Küfr, nifaq və azğınlıqda olan bir şəxsin ölümü kimi”.














               1əl- Kafi, c.1, səh.376.
               2Kafi, c.1, səh.377.
   32   33   34   35   36   37   38   39   40   41   42