Page 79 - Islamic Studies 02
P. 79
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (77
Günəş Yerin ətrafına fırlanır". Alimlərin bu hökmü verməsi
ağıl qüvvəsinin dördüncü təfəkkür forması olan "əqli-
nəticə"nin sayəsindədir.
İnsan bu idrakla heyvandan fərqlənir və bu onun kamilliyini
göstərir. Əqli idrak zehni təhlillər sayəsində yaranır. Məsələn,
insan və heyvan hissi idrakda müştərəkdir, yəni ətraf aləmi
müşahidə edən insan və heyvanda hissi təsəvvürlər əmələ gəlir
və heyvan bu təsəvvürləri məfhum halına salıb qruplaşdıra
(mücərrədləşdirə) bilmədiyindən onun üçün əqli idrak hasil
olmur. Amma insan hiss etdiyi şeylərdən (hissi idrak) ümumi
məfhumlar alaraq (mücərrədləşdirmə) onları mənalandıra
(tərif) bildiyindən, hissələrə ayırdığından (bölgü), onlar
arasında bağlılıq qurmağa (əqli-nəticə) qadir olduğundan, əqli
məlumatlara da malik ola bilir. Heyvan isə ətraf aləmdəki
varlıqları, yalnız həmin varlıq olaraq dərk edə bilir. Dediyimiz
kimi insan isə heyvanın bu idrakından əlavə həmin varlıqlar
arasındakı əlaqələri də dərk edə bilir. Məsələn, insan kimi
heyvan da Günəşi müşahidə edir. Heyvan hər dəfə Günəşi
müşahidə etdikdə təkcə Günəşin özünü müşahidə edir. Onun
Yerlə əlaqəsini dərk edə bilmir. İnsan isə Günəşi müşahidə
etdikdən sonra onun Yerlə əlaqəsini, yəni Yerin Günəş
ətrafında fırlandığını da dərk edir. Yaxud, şiri görən maral, şiri
müəyyən formalı rənglərin cəmi olaraq qorxulu bir şey kimi
dərk edir. Yəni maral, şirin öz-özlüyündə bir canlı olduğunu və
şirin rənglərinin şirdən fərqli olduğunu dərk edə bilmir. İnsan
isə şirin mahiyyətinin yalnız vəhşi bir canlı, rənginin də şirin
özündən fərqli olduğunu dərk edir. Bundan sonra isə, məsələn,
şirə qırmızı-boz rəngi hökm edərək, "şir qırmızı-boz rəngli
vəhşi heyvandır" nəticəsini alır. Yəni maral şiri, yalnız şirin
rəngi ilə görür, insan isə şiri xaricdə iki şeydən (şirin
mahiyyəti və rəngindən) təşkil olmuş bir obyekt kimi dərk edə