Page 149 - Islamic Studies 03
P. 149
148) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
səbəbi isə Peyğəmbərin (s.ə) sonuncu Peyğəmbər olması və
onun gətirdiyi dinin, qiyamətə qədər bütün insanlar üçün vahid
bir din olmasıdır. Təbii ki, belə bir peyğəmbərin kitabı da
digər səmavi kitablardan fərqi olmalıdır.
Ona görə də əgər Quranı digər səmavi kitablar ilə müqayisə
etsək, Quranın həmin kitablardan üstünlüyünü açıq şəkildə
görmək mümkün olar.
Belə ki, Qurandakı surələri diqqətlə mütaliə etsək, görərik ki,
uca yaradan Allah bu kitabda müxtəlif mövzulara aid
həqiqətlərdən söz açır və bu vasitə ilə insanları həm
maarifləndirir və həmdə onları düz yola hidayət edir.
Baxmayaraq ki, Quran insanların doğru yola yönəlməsi üçün
göndərilmiş səmavi kitabdır, amma bu kitabda fərqli
mövzulara dair dəyərli məlumatlar və həqiqətlər də var. Belə
ki, Quranda şəriət qanunlarından başqa, Əxlaq, İrfan, Təlim-
tərbiyə, Ailə, İqtisadiyyat, Turizm, Elm və digər mövzulara aid
ayələrə də rast gəlmək olar.
Quranın belə bir xüsusiyyətə malik olması, onun qeyri adi bir
kitab olduğu, bəşər düşüncəsindən üstün bir düşüncə
tərəfindən nazil olması və möcüzəvi bir kitab olduğunu sübut
edir.
Aşağıda Quranın hərtərəfli bir kitab olmasına dair bəzi
mövzuları, eləcə də onlara aid olan ayələri diqqətinizə
çatdıracağıq.