Page 156 - Islamic Studies 03
P. 156

Quranın Hərtərəfli olmaq …/ (155


               qılmaq,     ata-anaya  yaxşılıq  etmək  ,  daha  sonra  isə  Allah
                                           1
               yolunda cihad etməkdir.
                 Bu hədisə diqqət etsək, görərik ki, Peyğəmbər (s.ə) namazı
               ən dəyərli əməl kimi tanıtdırır. Yəni namazın Allah qatında o
               qədər  dəyəri  var  ki,  Peyğəmbər  onu  Ata-anaya  yaxşılıq  və
               Allah yolunda cihad etməkdən belə üstün hesab edir.

                 Həzrət  Əli  (ə)  namazın  əhəmiyyəti  barədə  buyurur:  Əgər
               namaz qılan şəxs onun ilahi mərhəmətə necə məruz qaldığını
               bilsəydi, başını heç vaxt səcdədən qaldırmazdı.
                                                                     2

                 Düşünürəm  ki,  bu  hədislər  islam  dininin  namaza  verdiyi
               dəyəri  çatdırmaq  üçün  kifayət  edir.  Bunu  nəzərə  alaraq,
               mövzuya  aid  digər  hədisləri  gətirmirik  və  aşağıda  namaz
               haqqında nazil olan ayələrə işarə edirik.

                 Uca  və  əzəmətli  yaradanımız  olan  Allah,  Quranın  bir  çox
               ayələrində dinin kökü olan namaz barədə söz açır və insanları
               namaz  qılmağa  dəvət  edir.  Həmin  ayələrdən  bir  neçəsini
               nümunə olaraq gətiririk.

                 (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza  riayət (əməl)
               edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).
                                                                              3
                 Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə
               davam  et  (yaxud  məişət  çətinliklərinə  döz).  Biz  səndən  ruzi
               istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva
               sahiblərinindir (müttəqilərindir)!
                                                     4


                                                                   Nəhcul-Fəsahə, hədis 70. 1
                                                                 Ğurərul-Hikəm, hədis 7592. 2
                                                                             Bəqərə, 238. 3
                                                                               Taha, 132. 4
   151   152   153   154   155   156   157   158   159   160   161