Page 357 - Islamic Studies 03
P. 357
356) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Əhli-beytlə (ə) birlikdə əsirliyə qatlanaraq çoxlu əzab-əziyyətə
dözdülər.
Şəhidlərin ağası Həzrət Hüseyn (ə) döyüş gecəsi öz
tərəfdarlarını bir yerə toplayaraq şəhid olacaqlarını , ailə-
uşaqlarının əsir düşəcəyini xəbər verdi. Elə buna görə də
əshabına öz ailələrini yaxınlıqda məskunlaşan Bəni –Əsəd
qəbiləsinə apararaq onlara tapşırmalarını təklif etdi. Əli ibn
Məzahir bunu eşitdikdə ayağa qalxıb çadırına öz ailəsinin
yanına getdi və İmamın (ə) təklifini ona söylədi. Amma bunu
eşidən həyat yoldaşı elə həyəcanlandı ki , başını çadırın
dirəyinə vuraraq dedi:
“Sən necə rəva bilirsən ki , Peyğəmbərin (s.ə.a.s.) övladlarını
göz yaşları içərisində əsir tutaraq əzab verə-verə aprasınlar,
amma sənin ailən Bəni-Əsəd qəbiləsinin pənahında rahat
yaşasın? Sən necə qıyırsan ki , Peyğəmbərin (s.ə.a.s.) ailəsini
qarət etsinlər amma mən onları tənha qoyaraq Bəni-Əsəd
qəbiləsinin çadırında vicdanımın mühakiməsindən qaçaraq
asudə ömür sürüm ? Necə ola bilər ki , sən İmam Hüseynə (ə)
kömək edib qiyamət günü Peyğəmbərin (s.ə.a.s.) hüzurunda
üzü ağ olasan lakin mən yalnız özümü düşünərək onun ailəsini
bu dəhşətli günlərdə tənha qoyub Həzrət Fatimənin (ə) yanında
üzü qara olum ? Allaha and olsun ki , mən Əhli-beyt (ə)
xanımlarını köməksiz qoymayacağam. Mən heç yerə
getməyəcəyəm.”
Həbib ibn Məzahirin xanımının simasında biz xanımların necə
qeyrət, necə vicdan , necə təvazökarlıq nümayiş etdirdiklərinin
şahidi oluruq. Əlbəttə bəzimiz düşünə bilərik o zaman dövr