Page 129 - Islamic Studies 04
P. 129
128) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
“Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu,
yenilməz qüvvət sahibi olan, hər şeyi bilən Allah`ın
1
təqdiridir”.
Quranda xəbər verilən həqiqətlər müasir astronomik
müşahidələr nəticəsində aydın oldular. Alimlərin
hesablamalarına görə, Günəş “Solar Apex” adlanan orbit ilə
saatda 720.000 km nəhəng sürətlə Veqa ulduzu istiqamətində
hərəkət edir. Beləliklə, bir qədər kobud şəkildə
yuvarlaqlaşdırsaq, o, gün ərzində 17.280.000 km məsafəni qət
edir. Günəşlə bərabər eyni məsafəni onun cazibə gücünün
təsiri ilə Günəş sisteminin planetləri və onların peykləri də
keçirlər. Bundan əlavə, kainatdakı bütün ulduzlar da planlı
şəkildə oxşar hərəkəti yerinə yetirirlər.
Bütün kainatın bu cür orbitlərlə bəzənməsi haqda yenə də
Quranda deyilir:
“Yolları olan göyə and olsun ki”.
2
Kainatda təxminən 200 milyard qalaktika və onların da hər
birində təxminən 200 milyard ulduz var. Bu ulduzların
əksərinin planetləri, onların isə peykləri var. Bütün göy
cisimləri ustalıqla hesablanmış orbitlərə malikdir. Milyonlarla
il ərzində bu cisimlərin hər biri başqa cisimlərlə birlikdə öz
orbiti ilə tam və qüsursuz harmoniya halında hərəkət edirlər.
Onlardan əlavə, bu məkanda kometalar da öz şəxsi yolları ilə
hərəkət edirlər.
Bütün bu göy cisimlərinin incəliklə nəzərdə tutulmuş
orbitləri var. Milyon illərdir onların hər biri digəri ilə qüsursuz
harmoniyada hərəkət edir.
Kainatdakı orbitlər tək göy cisimlərinə xas deyil.
Hesablanmış və planlanmış orbitlərlə nəhəng sürətlə həm də
qalaktikalar hərəkət edir. Nə qədər ki, bu hərəkət baş verir,
Yasin, 38 . 1
Zariyat, 7. 2