Page 138 - Islamic Studies 04
P. 138

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (137


               gələn hüceyrələr birlikdə müəyyənləşdirir. Ancaq Quranda bu
               mövzuda  fərqli  məlumat  verilmiş,  erkəkliyin-dişiliyin  bətnə
               tökülən nütfədən asılı olması bildirilmişdir:
                 Hər  bir  cütü  erkək  və  dişi  yaradan  Odur  –  nütfədən  (döl
                                             1
               yatağına) axıb tökülərkən.
                 Quranda  verilən  bu  məlumatın  doğruluğu  genetika  və
               mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi.
                 Quranda  xəbər  verilir  ki,  həm  kişi,  həm  də  qadın  cinsi
               uşaqlığa tökülən nütfə ilə müəyyənləşdirilir. Yaxın zamanlara
               qədər  belə  hesab  olunurdu  ki,  uşağın  cinsi  ana  hüceyrəsi  ilə
               müəyyən  edilir.  Quranda  olan  bilgiləri  elm  yalnız  XX  əsrdə
               əldə etdi.
                 Cinsiyyətin  tamamilə  kişidən  gələn  sperma  hüceyrələri
               tərəfindən  müəyyən  edildiyi,  qadının  isə  bu  işdə  heç  bir
               rolunun olmadığı ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas
               amil  xromosomlardır.  İnsanın  quruluşunu  müəyyən  edən  46
               xromosomdan  ikisi  cinsiyyət  xromosomudur.  Bu  iki
               xromosom  kişidə  XY,  qadında  isə  XX  kimi  tanınır.  Bunun
               səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y
               xromosomu özündə kişilik, X xromoso-mu isə qadınlıq genləri
               daşıyır.
                 İnsanın  əmələ  gəlməsi  kişidə  və  qadında  cütlər  halında  yer
               alan  bu  xromosomların  bir  dənəsinin  birləşməsi  ilə  başlayır.
               Qadında  yumurtalığın  mayalanması  zamanı  iki  yerə  ayrılan
               hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə
               ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki
               fərqli  sperma  yaradır.  Qadındakı  X  xromosomu  kişidəki  X
               xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq




                                                                             Nə cm  , 45 - 46 . 1
   133   134   135   136   137   138   139   140   141   142   143