Page 148 - Islamic Studies 04
P. 148

Dinə söykənən əxlaq

                      Fuad İsayev
                                     1

               Abstrakt

               İnsan ictimai bir varlıqdır. Onun sahib olduğu fərdi və ictimai
               yönlər bir birindən təsirlənir və bir birini tamalayır. İslam dini
               insanın  hər  iki  tərəfinə  xitab  edən  bir  çox  prinsiplər
               gətirmişdir.  Fərdi  yönü,    yəni  mənəvi  aləmi  düzgün  inşa
               etmədən,    ictimai  yönü  yəni  sosial  həyatı  nizamlı  şəkildə
               yaşamq mümkün deyil.
               Mövzumuz  “Təsdiq sahələsində əxlaqın dinə ehtiyacı” olduğu
               üçün ilk öncə din və əxlaqın tərifini nəzərdən keçirək, çünki
               məntiqi  nöqteyi-nəzərdən  mövzunun  düzgün  tərif  olunması
               mövzu  haqqında  düzgün  bilgi  əldə  etməyə  zəmin  yaradır.
               “Din”  ərəb  sözü  olub,  lüğətdə  mükafat  mənasını  ifadə  edir.
               “Din  vəhy  ilə  gələn,  insanların  Quran  və  sünnə  vasitəsilə
               doğru  yola  hidayəti  üçün  onlara  çatdırılan  həqiqətlər  və
               dəyərlər toplusudur. ” “Əxlaq” xülq sözünün cəm formasıdır:
               xəlq  və  xülq    sözləri  ərəb  mənşəli  olub,  eyni  kökdən
               götürülmüşdür,  lakin  məna  etibarı  ilə  bu  sözlər  bir-birindən
               fərqlənir: “xülq” daxili xüsusiyyəti,  “xəlq” isə zahiri formanı
               nəzərdə  tutur.  İnsanlarda  müşahidə  olunan  hər  bir  daxili
               keyfiyyət, əməl və hərəkət  əxlaq və əxlaqi rəftar adlanır.

               Açar sözlər: din, əxlaq, fərdi, ictimai




               1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
               Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.
   143   144   145   146   147   148   149   150   151   152   153