Page 156 - Islamic Studies 04
P. 156
Dinə söykənən əxlaq/ (155
İmamilik və mötəzililik
İmamilik və mötəzililik cərəyanları öncə qeyd etmək lazımdır
ki, din və əxlaq münasibətləri mövzusunda eyni mövqedən
çıxış etmişlər. Onlar bəzi işlərin zati və dindən müstəqil
şəkildə yaxşı və pis olduğunu təkid edirlər. Nəsrəddin Tusi bu
ideyanın öncüllərindən olan mütəfəkkir öz “ Təcridül - etiqad”
əsərində bildirir ki, biz bəzi işlərin tam rasional şəkildə
pisliyini sübuta yetirə bilməsək, şəriət hökmlərini də qəbul edə
bilmərik. O deyir: “Əgər bütün işlərin yaxşı və ya pis olmasını
yalnız şəriət hökmləri və dinə əsaslandırsaq, bu vaxt məntiq
hökm edər ki, şəriətin özünün düzgünlüyü iddia edilməməlidir.
Misal üçün, əgər yalan danışmaq ağıl və zəka baxımından pis
sayılmasa və yalan danışmağın pisliyinin şəriət mənbəyindən
əldə edilməsini zəruri saysaq, bu vaxt Allah tərəfindən din
gətirmiş peyğəmbərin də sözlərini və şəriətini qəbul etməyimiz
zəruri olmayacaq. Çünki yalan danışmaq pis iş olmadığına
görə peyğəmbərin sözlərinin yalan olması ehtimalı
mövcuddur. Beləliklə, onun peyğəmbərliyi sübuta
yetməyəcək. ”
1
Başqa sözlə, biz hətta peyğəmbərin sözünün düzgün olmasını
təsdiq etmək üçün öncədən və tam müstəqil əqli idrak yolu ilə
yalanın pisliyini dərk etməliyik. Çünki yalan danışmağın
pisliyini şəriətlə əlaqələndirsək, bu vaxt şəriətin hökmlərini
qəbul etmək məcburiyyətində qalmayacağıq.
Qeyd edək ki, insani əxlaq normalarının qəbulu digər bir
fəlsəfi problemlə bağlıdır. Bu, insanın iradə azadlığına malik
olub-olmaması məsələsidir. Əşərilik məktəbində bütün işlər
Allahın iradəsinə aid edildiyinə görə insan azad iradə sahibi
sayılmır. Bütün işləri ərsəyə gətirən Allah və Onun əzəli
1. Hilli, “Kəşful murad fi şərhi təcridil - etiqad”, s. 303.