Page 246 - Islamic Studies 04
P. 246
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (245
“bəs bu lənətlənmiş abidədədə, kafirlər həmişəlik qalarlar, əgər
dünya taxıl dənələrindən dolsa vı bir quş dünyanın sonuna
qədər hər yüz ildə bir dənə onlardan götürsə, kafirlər bu
müddət başa çatdıqda cənnətə gedə bilsələr, hər an sevinərlər,
lakin arzularına çatmazlar; çünki onların işkəncələrinin sonu
olmaz. Ona gorə ki, bunlar istəmirdilər Tanrının sevgisi üçün
öz günahlarına hədd qoysunlar.”1
Bu fəsildə deyilənlərdən belə nəticəəldə etmək olur:
1. xristiyanlıqda mühqkimə günü İsa Məsihin zühuru ilə
eynidir. Həmin gün sur çalınar və bütün ölülər qəbirlərdən
durarlar və Tanrının ədalət məhkəməsi Məsinhin hakimliyi ilə
bərpa olar.
2. Qiyamət günü yaxşı əməl sahibləri cənnətə gedərək orada
əbədi həyata qovuşarlar və pis əməl sahibləri, şeytan üçün
hazırlamış əbədi oda düçar olarlar.
Qurani-kərim, müxtəlif ayələrdə cəhənnəm və onun əhli haqda
söz açmış və onların pis sonluğunu, pis yerini və bədbəxtlərin
aqibətini bəyan etmişdir. Biz Quran ayələrinə diqqət etməklə
cəhənnəm əhlinin əzabları ilə qısada olsa tanış ola bilərik.
Quran cəhənnəm əhli haqda buyurur:
. Barnaba incili, 136 səh 74. 1