Page 137 - Islamic Studies 05
P. 137

Dində ixlas (136

               cəmiyyət, millət və dəstə halına salır: maraqlar. Birlik əqidə və
               məqsəddir.
                     Bu qanun əqidə, əməl, ictimai, mədəni və milli baxımdan
               insanları  birləşdirib  cəmiyyət  halına  salan  amildir.  Həzrəti
               Əli(ə)-nin  fikrincə,  bir  millətin  vəhdətinin  meyarı  yalnız
               razılıq  və  narazılıqlardır.  Nəsil,  dil,  irq  və  coğrafi  mühitlər
               kimi  meyarlar  ikinci  dərəcəli  amil  qəbul  olunmalıdır.  Başqa

               sözlə desək, etiqad, mədəniyyət və məqsəddə yekdil olmaqdan
               xəbər  verən  məhəbbət  və  nifrət  ayrı-ayrı  adamları  vahid  bir
               millət  kimi  birləşdirib  onların  taleyini  bir-birinə  bağlayan
               yeganə meyardır. Yerdə qalanlar isə ikinci dərəcəlidir.
                     Burada bir neçə nüansa toxunmağı özümüzə lazım bilirik:
                     1)  Bu  bəhsdə  «maraq»  sözünün  işlədilməsində  məqsəd
               insanda  ötəri  emosiyaların  təsirindən  əmələ  gəlib  tez  də  yox
               olan  səthi  həvəs  və  meyllər  deyildir.  Əksinə,  burada  söhbət
               yekdil  ideologiya  ilə  bağlı  olan  meyllərdən  gedir,  yəni  bu
               faktorlar  insan  psixologiyasında  təsir  qoyan  və  onu  öz
               silahdaşları  ilə  həmfikir  edən  insan  təbiətindən  irəli  gələn
               amillərdir. Bu qəbildən olan meyllərin inikası insan əməlində
               köklü təsirə malikdir. Əgər şərait yaranarsa və heç bir maneə
               olmasa,  insan  dərhal  başqalarının  təsiri  altına  düşüb  onların
               etdiklərini  o  da  yerinə  yetirər.  Hər  hansı  bir  hərəkətə
               münasibət  (istər  yaxşı  olsun,  istər  pis)  əməl  formasında
               gerçəkləşməsədə,  qəlbin  dərinliklərində  kül  altda  olan  köz
               kimidir,  küləyin  əsməsini  gözləyir  ki,  alovlanıb  ətrafını  da
               yandırsın, yəni şərait yaranarsa, fikir əməli olaraq reallaşacaq.
                     2)Hüquqi  cəhətdən  belə bir  asılılığın  ədalət normalarına
               zidd  olması  mümkündür.  “Qurani-Kərim”də  bu  barədə  də
               buyurulur:
                     “...Heç      bir     günahkar        başqasının       günahını
               daşımaz...”(«İsra»-15).
                     “Hər kəs öz əməlinin girovudur!” («Muddəssir»-38).
   132   133   134   135   136   137   138   139   140   141   142