Page 157 - Islamic Studies 05
P. 157
Dində ixlas (156
müşrik olurlar. Təbii ki, yolun ilkin mərhələsində olanlar
şeytani vəsvəsə və nəfsani həvəslər qarşısında acizdirlər. Bu
təhlükələr qarşısında möhkəm durub özlərini günahdan
qoruyanlar isə çoxdurlar. Amma müxləslər (saflaşmışlar)
ixlasın ilkin mərhələlərini uğurla başa vuranlardır. Onlar
günahsızlıq məqamına nail olaraq şeytan və nəfsi əmmarənin
(pisliklərə sövq edən nəfs) hökmranlığından qurtulmuş və
Allah hökmranlığına daxil olmuşlar. Yusif peyğəmbər də
belələrindən idi, çünki Yusif o çətin və çıxılmaz böhranlı
hallarda dağ kimi dayanaraq çətinliklərə sinə gərdi. O qadın
(Zuleyxa) Yusifdən kam almaq üçün nə qədər çalışdısa da,
yenə Yusif ona: “Allaha pənah aparıram,”-deyə rədd cavabı
verdi. Qətiyyətlə onun qanunsuz istəyini rədd edərək qadının
şərindən özünü qurtarmaq üçün qapıya tərəf yüyürdü. Bağlı
qapı Yusifin üzünə açıldı, Allah ondan öz qeybi yardımlarını
əsirgəmədi.
Şübhəsiz, nəfsi saflaşdırmanın bu mərhələsinə çatmaq
üçün ilahi yardımlardan əlavə ehtiras və şəhvətlə də (həvayi-
nəfslə) möhkəm mübarizə lazımdır. Öz daxili istəklərinə göz
yuma bilməyib istədiyini edən şəxs heç vaxt bu məqama yetişə
bilməz.
Bir sözlə, yalnız Allah istəyini öz istəyindən üstün tutub
başında başqa fikirlər dolandırmayan qəlb belə ali dərəcələrə
yetişərək nurani ola bilər.
Ədəbiyyat
1- Qurani-kərim
2- Nəhcül-bəlağə
3-Amedi, Əfulfəth, Qürərül-hikəm və dürəül-kərim, , Qahirə: Darul-
kotobil-İslamiyyə, 1380 h.ş.