Page 163 - Islamic Studies 05
P. 163

Quran elmləri barədə araşdırma (162

                                   1-  Quran elmlərinin tərifi
                      Quranın  tanışlığı  ilə  bağlı  bir-birilə  rabitədə  olan  və
               onun müxtəlif mövzu və xüsusiyyətlərini əhatə edən məsələlər
               toplusu  “Quran  elmləri”  adlanır.  Yəni  “Quran  elmləri”
               Quranın  zahiri  elmləri  barədə  bəhs  edir. Quran  elmləri  təfsir
               elminin müqəddiməsi sayılır.
                      Bu  bəhslərin  “Quran  elmləri”  adı  ilə  və  cəm  şəkildə

               (elmlər) işlədilməsinin səbəbi nədir?
                      Cavab: Quran elmlərində bəyan edilən hər bir məsələ öz
               çərçivəsi  daxilində  müstəqilliyə  malikdir  və  adətən,  həmin
               elmin  digər  məsələləri  ilə  o  qədər  də  yaxın  rabitəsi  yoxdur.
               Misal  olaraq  “Təcvid”,  “Quranın  tarixi”,  “Qiraət”  və  s.
               elmlərin adını çəkə bilərik.

                      Mövzusu: Qurani-kərim
               ▪                Əhəmiyyəti:
                      a)  İnsanda  Quranın  tədqiq  və  araşdırılması  ilə  bağlı
               maraq  yaranır.  Eyni  zamanda,  onun  mövzuları  ilə  daha
               yaxından tanış olmağa səbəb olur.
                      b)  Quranın  düzgün  şəkildə  başa  düşülməsi  Quran
               ayələrinin  “məkki-mədəni”,  “möhkəm-mütəşabih”  olmasını
               bilmək,  Quranın  düzgün  şəkildə  oxunuşu  və  s.  bir  sıra
               müqəddimə məsələlərə əsaslanır.
                      c)  İnsan  Quranı  təfsir  etmək  üçün  özündə  hazırlıq  və
               güc tapır.
                      Zəruriliyi:  İlahi  məqsədləri  düzgün  və  dərin  anlamaq
               üçün Quran elmlərini bilmək lazımdır.
                      İlahi  kitabın  hüdudlarını  qorumaq  üçün  onu  daha  çox
               tanımalıyıq.
   158   159   160   161   162   163   164   165   166   167   168