Page 169 - Islamic Studies 05
P. 169
Quran elmləri barədə araşdırma (168
Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin
bəyan tərzi nə qədər güclü olsa da, Qurandan üstün və ya ona
bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi
məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tərif etməyi
bacararmı?
Quranın əzəmətini layiqincə bəyan etməyə qadir olan
yalnız onun öz ayələri və bəşəriyyətin (həzrət Peyğəmbər (s))
vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının təmin
olunmalarının möcüzəsi ola bilər.
Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat
təminatçılığını və eyni zamanda onların üzərində olan
rəhbərliyi öz öhdəsinə götürmüşdür.
Quranın bir çox ayələrində bu haqda deyilir:
«Həqiqətən, bu Quran [bütün bəşəriyyəti] ən doğru yola
[islama] yönəldir». (9/17).
«Bu Quran elə bir kitabdır ki, onu sənə, insanların öz
Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də
yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan
Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir».
(1/14).
«Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub
keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola
göstəriş və nəsihətdir». (138/9).
Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:
«Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun
buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.»
Demək, Quranın fəziləti haqda nəyi isə söyləmək
insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir
halda, bu işi Quranın özündə yaşayan, onunla hidayət olub
başqalarını da hidayət edən Əhli-beytin (ə) və Quran həqiqi
mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.