Page 208 - Islamic Studies 05
P. 208

207) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               başlıqlar  nəticəsində  Xristian  dini  şərq  dünyasında  da
                                  1
               genişlənmişdir.”
               Tədqiqatçı  S.  Şahhüseynova  xristianların  ibadət  etmələri
               mövzusunda  maraqlı  faktlara  toxunur  :  “Uzun  müddət
               xristianların  ibadət  üçün    xüsusi  binaları  olmadığından  onlar
               dua  etməyə  müxtəlif  yerlərə  gedir,  çox  vaxt  da  varlı
               xristianların  evlərində  yığışmalı  olurdular.Bəzən  bu  məqsədə

               boşalmış  anbarlar  və  ya  sənətkar  emalatxanaları  da  xidmət
               edirdi. Yer olmadıqda xristianlar açıq səma altında da ibadət
               edirdilər.  Əvvəllər  xristianlar  ibadət  üçün  sinaqoqlara  da
               gedirdi, yəhudilərlə münasibətləri korlandıqdan sonra isə bu da
               mümkün  olmadı.  Konstantinin  dövründə  xristianlıq    rəsmən
               vahid  dövlət  dini  olmasa  da  ona  üstünlük  verilirdi.  Artıq
               xristianların  öz  məbədləri  var  idi  və  onlar  aşkar  ibadət  edə
               bilirdi.  Konstantin  özü  isə  artıq  ölüm  yatağında  ikən  xaç
                                 2
               suyuna salındı.”
               Göründüyü  kimi  inanclarında  inadkar  olan  xristianlar  öz
               etiqadlarının  qorunması  və  ayinlərini  saxlamaq  mövzusunda
               xüsusi  xidmətlər  göstərmişlər.  Bu  barədə  uyğun  tarix
               kitablarında fikirlərə rast  gəlmək olur.
               Aydın  Əlizadə  tarixi  faktlara  əsaslanaraq  xristianlığın  dövlət
               dininə  çevrilməsi  prosesində  yeganə  maneəni    imperator
               Yulianusda (Julianus ) ( 361- 363) görür: “   O, bütpərəstliyi
               dirçəltmək  istəyirdi  və  bütün  dinlərə  bərabər  hüquqların
               verilməsinin tərəfdarı idi. Lakin Yulianus İranla savaş zamanı
               həlak olmuşdu və onun ölümündən sonra Xristianlığın dövlət
               dininə çevrilməsi prosesi məntiqi nəticəsinə çatmışdı.”
                                                                            3
               Aydın Əlizadə rəsmi xristian təliminin yaranması prosesini bu
               cür izah edir: “ IV əsrdə Xristianlıq artıq bütpərəstlik üzərində


               1  Hüseyn Tofiqi, “ Böyük dinlərlə tanışlıq”, səh 170
               2 Kulturologiya, səh 222
               3  Aydın Əlizadə, “ Xristianlıq. Tarix və fəlsəfə ( ilk çağıar)”, səh 73
   203   204   205   206   207   208   209   210   211   212   213