Page 232 - Islamic Studies 05
P. 232
231) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Adamların xarakterinə işarə olunan bir məsəldə deyilir ki, kimi
bəzi insanlar içində yarısına qədər su olan stəkanın boş
yarısını, bəziləri isə dolu yarısını görür. Allah istəyir ki, insan
dolu yarısına nəzər salıb şükr etsin. Bəzən insan heç vaxt çata
bilməyəcəyi şeyləri ələ gətirməkdən ötrü daim götür-qoy edir.
Qənaət ruhiyyəsində olan heç zaman acımadığı kimi bu
ruhiyyədə olmayanlar da heç zaman doymur. Onlar
hesablarında pul, süfrələrində dadlı təamlar olduğu halda,
ehtiyac və aclıq hissi ilə əriyirlər. Dünya şor suya bənzəyir.
Onu içənin ciyəri yanır. İnsan malik olduğu şeylərin qədrini
bilib qane olarsa hər zaman şad olar. Amma öz olanlarına qane
olmayıb əlçatmaz arzularla qovrulanlar sevinc üzünə həsrətdir.
İmam (ə) «əlində olanlardan axirət səadətin üçün də faydalan»
buyurur.
İnsanın dünya malına münasibəti bir neçə baxımdan araşdırıla
bilər. Məsələn, əgər söhbət insanın dünya malına
məhəbbətindən gedirsə, bu malın az və ya çox olmasının heç
bir əhəmiyyəti yoxdur. Əgər dünya malına məhəbbət insanın
ibadəti və ictimai vəzifələrinə zərər vurursa, bu çox təhlükəli
haldır. Ona görə də insan belə bağlılıqlardan qorunmalıdır.
İnsan bir şey əlindən çıxdıqda qəmlənməməli, bir şey
qazandıqda da sevinməməlidir. «Hədid» surəsinin 23-cü
ayəsində buyurulur: «Bu sizin əlinizdən çıxana
kədərlənməməyiniz və sizə verilənə də sevinməməyiniz
üçündür». Əlbəttə ki, bu sözləri demək çox asandır.
İnsan özünü belə bir məqama çatdırmaq üçün müxtəlif
üsullardan istifadə edə bilər. O öz nəfsini tərbiyələndirmək
üçün ən çox sevdiyi bir şeyi başqasına bağışlaya bilər. «Ali-
imran» surəsinin 92-ci ayəsində oxuyuruq: «Sevdiyiniz
şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki,
Allah xərclədiyinizi biləndir».