Page 248 - Islamic Studies 05
P. 248

247) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               Şübhəsiz, İslamın ardıcıl şəkildə müsəlmanların diqqətini bir-
               birlərinə  yönəltməsinin  səbəbləri  var.  Bu  səbəblərdən  ən
               mühümü budur ki, insanların taleyi bir-birinə bağlıdır, onların
               mənəvi kamilliyi sıx şəkildə əlaqəlidir. Əgər insanlar dağlarda
               və  meşələrdə  pərakəndə  şəkildə  yaşasaydılar,  bugünki  elmi-
               texniki nailiyyətləri əldə edə bilərdilərmi?! Tənhalığa çəkilmiş
               insan  cəmiyyətlə  heç  bir  əlaqə  saxlamasa,  qarnını  doyurmaq

               üçün heyvan tək yem gəzməlidir. Cəmiyyətlə əlaqəni tamamilə
               üzdükdə  sadəcə  yemək  bişirmək  və  paltar  tikmək  mümkün
               olmur. Sadə bir köynək fermadan toxuculuq fabrikinədək uzun
               bir  yol  keçir.  Başqa  insanlarla  rabitədə  olmadan  hətta  nitqi
               qorumaq        mümkünsüzdür.          Bu       gün      mənzilimizdə
               faydalandığımız su, qaz, işıq ictimai həyatın bəhrələrindəndir.
               Əgər toplum olmasa tənhalığa çəkilmiş insan bir ovuc su əldə
               etmək  üçün  olmazın  əziyyətlərini  çəkər.  Bəli,  ictimai  həyat
               bizim  bütün  maddi  ehtiyaclarımızın  təminində  aparıcı  rol
               oynayır.  Məgər  toplum  olmasa  tənha  insan  təbiət  hadisələri
               qarşısında tab gətirə bilərmi?! Şübhəsiz, cəmiyyətdən uzaqlıq
               insan üçün yalnız problemlər yaradır.
               Mənəvi  işlərdə  də  vəziyyət  eynidir.  Şübhəsiz  ki,  böyük
               əksəriyyət eşitmək və ya mütaliə yolu ilə dinlə tanış olur. Biz
               uyğun      sahədəki      biliklərimizə      görə     ata-analarımıza,
               müəllimlərimizə  və  kitablara  borcluyuq.  Əgər  ictimai  həyat
               olmasaydı bu sayaq rabitələr də olmazdı. Aydın məsələdir ki,
               hər bir millətin dili ictimai rabitələr sayəsində formalaşmışdır.
               Çoxsahəli      ünsiyyətlər     sayəsində      dilin   lüğət     tərkibi
               genişlənmişdir.
   243   244   245   246   247   248   249   250   251   252   253