Page 291 - Islamic Studies 05
P. 291

Müasir insanın mənəvi tələbatı (290

                      Ola  bilər  ki,  “İrfan  termini  müqəddəs  bir  termindir  və

               onu  hər  hansı  bir  şəkildə  metafizik  məsələlər,  yaxud  fövqəl-
               təbii qüdrətlər haqqında danışan hər bir məktəbə və qrupa aid
               etmək layiq deyil” deyilsin. Əlbəttə, doğrudur ki, bu gün bizim

               cəmiyyətdə  və  iranlıların  ürfi-camaatarası  dilində  “irfan”  və
               “arif” müqəddəs və ehtiramlı sözlərdir1 və onları hər bir şəxsə,
               hər bir qrupu aid etmək olmaz. Amma əvvəla, bu termin elm

               müstəvisində  “həqiqi”  və  “yalan”  irfanın  hər  ikisinə  də  aid
               olur,  ikinsici  isə,  öz-özlüyündə  müqəddəs  olsa  da,  sonlaralar
               onun üçün saxta əvəzləyicilər yarandığına görə onlara da aid

               olunmuşdur.  Buna  görə,  irfan  termini  bir  çox  mənaları  və
               Allahsız  irfandan  tutmuş  dini  və  həqiqi  irfana  qədər  bir  sıra
               cərəyanları əhatə edir. Buna əsasən, irfana maddi və dünyəvi

               baxışları  da  həmçinin  bir  növ  irfan  hesab  etmək  olar  və  bu
               termini münaqişəsiz onlar haqqında da işlətmək olar. Necə ki,
               din termini də bəzən, məsələn “Marksizm” kimi əsas məqsədi

               dinə  zidd  olan  məktəb  və  cərəyanlar  haqqında  da  işlənir  və
               yaxud,  Quranın  təbiri  ilə  desək,  Peyğəmbərlə  (s)  müxalif
               olanların və kafirlərin məsləkləri də din adlanır: “Sizin dininiz
               sizə,  mənim  dinim  mənə”2.  Bu  məsələnin  həqiqi  dinin

               müqəddəsliyi ilə ziddiyyəti yoxdur.

                      Mənəviyyat

                      Son     zamanlar      yayılmış      terminlərdən      biri   də
               “mənəviyyat” sözüdür. Bəzi yazarlar yeni əsri mənəviyyat əsri


               1  Buna görə də irfan bir çox mənfəət güdən və fürsət axtaranların diqqətində olmuşdur. Onlar camaatın irfana
               və  ariflərə  ehtiramla  yanaşmasından  istifadə  edərək  özlərini  irfan  əhli,  mərifət  mürşidləri  kimi  göstərir,
               sadlövh  insanları  öz  ətraflarına  toplayırlar  ki,  özlərinin  iqtisadi,  siyasi,  ictimai,  mədəni  mənfəətlərini  əldə
               etsinlər.
               2  Kəfirun-6.
   286   287   288   289   290   291   292   293   294   295   296