Page 30 - Islamic Studies 05
P. 30

29) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               həm hüquqi, həm də 9 dini baxımdan qadağandır. Dolayısıyla,
               bu qadağaya məhəl qoymayan şəxs həm hüquqi, həm də dini
               baxımdan məsuliyyət daşıyır, yəni, birincisinin dünyəvi (cəza),
               ikincisinin  uhrəvi  (əzab)  məsuliyyətlə  qarşı-qarşıya  qalır.  Bu
               xüsusiyyət  belə  hökmlərə  müsəlman  cəmiyyətində  daha
               həssaslıqla  və  könüllü  olaraq  əməl  olunmasına  səbəb
               olmuşdur.


                 II. Hüquqşünasların fəaliyyəti nəticəsində yaranmışdır. İslam
               hüququ  əsas  etibarilə  müctəhid  hüquqşünasların  fəaliyyəti
               nəticəsində  təşəkkül  tapmışdır;  dörd  xəlifə  dövründən  başqa,
               bu  formalaşma  prosesində  dövlətin  birbaşa  rolu  olmamışdır.
               Lakin, dörd xəlifə dövründə hər biri müctəhid hüquqşünas olan
               xəlifələr bu hüququn təşəkkülündə bilavasitə iştirak etmişdilər.
               İslam hüququ əslində fərdi ehtiyaclara və tələbatlara açıq bir
               hüquq sahəsidir. Hz.Peyğəmbərin səhabələrini ictihada təşviq
               etməsi buna açıq misaldır. İslam hüququnun tarixi inkişafı da
               məhz  bu  yöndə  olmuşdur.  Habelə,  islam  hüququnun  həyata
               keçirilməsində  əsas  vasitəçi  olan  dövlətin  və  xüsusilə  dövlət
               başçısının onun formalaşmasında iştirak etməsi də eyni şəkildə
               islam     hüququnun        quruluşuna       uyğun      gəlir.    İslam
               hüquqşünasları  buna  nail  olmaq  üçün  dövlət  başçısının
               müctəhid  hüquqşünas  olmasını  şərt  qoymuşdular.  Digər  bir
               tərəfdən islam hüququ dövlət başçısına, zənn edildiyindən az
               səlahiyyətlər  verir.  Ancaq  Əməvilərdən  etibarən  Ömər  ibn
               Əbdüləziz  xaric  xəlifələr  islam  hüququnun  formalaşmasında
               iştirak  etməyiblər.  Bunun  əsas  səbəbi  xəlifələrin  özlərini  bu
               baxımdan  kifayət  qədər  bilikli  hesab  etməmələri  olmuşdur.
               İslam  hüquqşünasları  Əməvi  və  Abbasi  xəlifələrinin  dini
               məsələlərə  qarışmamalarının  səbəbini  yetərsiz  biliyə  sahib
               olduqlarından  vaz  keçmələrində  görmüşlər.  Abbasi  xəlifəsi
   25   26   27   28   29   30   31   32   33   34   35