Page 305 - Islamic Studies 05
P. 305

Müasir insanın mənəvi tələbatı (304

               tanıtdırmaq və daha çox insan cəlb etmək üçün geniş təbliğat

               aparır.  Bildiyimiz  kimi,  indi  məsihiyyət  və  müxtəlif  məsihi
               qrupları çox geniş maddi və təbliğat imkanları ilə dünyanın hər
               bir guşəsində hər zamankından daha çox təbliğ edirlər. Buna

               əlavə  olaraq,  həmçinin  Hinduizm  və  Buddizm  dinləri  də  bu
               zəmində heç bur səyi əsirgəmirlər. Hətta Afrika və Amerikada
               bəzi  mənəviyyatçı  qruplar  da  özlərinin  əsas  prinsiplərindən

               birini başqalarının öz ayinlərinə cəlb olunması hesab edirlər.
                      Təbliğatın bu açıq şəraitində hətta yəhudiyyət də özünü
               təbliğatdan  kənarda  qoymur.  Bilirik  ki,  yəhudiyyət  rəsmi  və

               məşhur dinlər arasında bəlkə də tarix boyunca heç bir təbliği
               olmayan yeganə dindir.1 Ona görə ki, özlərini irqi təəssübkeş
               və  bu  dini  də  Bəni-İsrailə  məxsus  hesab  edirlər.  Amma  indi

               müxtəlif  qəribə  təbliğatlardan  istifadə  etməklə  “Kavala”
               adında  yəhudi  irfanının  tanıtdırılmasına  çalışırlar.  Kavala  və
               sionizm rəhbərləri öz səylərini rəmzi şəkildə məşhur simaların

               və  kino,  mədəniyyət,  idman  ulduzlarının,  həmçinin  sərvətli
               ailələrin  cəlb  olunmasına  yönəltmişlər.  Bir  neçə  vaxt  öncə
               informasiya mərkəzlərində elah olundu ki, Hollivudun böyük
               mədəniyyət ulduzlarından və Papanın məşhur müğənnilərindən

               biri olan Madonna “Kavala” ayinini qəbul etdi. Yaxud da elan
               olundu  ki,  məşhur  futbolçulardan  biri  olan  Deyvid  Bekam
               həyat yoldaşı ilə birlikdə və ya Sərvətli Hilton ailəsinin varisi




               1   Əlbəttə,  “Diruziyyə”  və  “Sabiinlər”  də  təbliğatları  olmayan  ayin  və  məzhəblərdəndir.  Diruzilər  indi  də
               Suriyanın,  Liviyanın  və  Fələstinin  işğal  olunmuş  bəzi  hissələrində  yaşayırlar.  Onlar  “İsmailiyyə”nin
               şöbələrindən hesab olunurlar. Onlar da tənasüxə inanır və məhrəmlərlə evliliyi qəbul edirlər. Onlar təqribən
               300000 nəfərdirlər. “Sabiinlər” də özlərini həzrət Yəhyanın ardıcılları bilirlər. Onlar da indi İraqın cənubunda,
               İranın  Xuzestan  bölgəsində  yaşayırlar.  İranda  Sabiinlərin  sayı  təqribən  20000  nəfərdir.  Onlar  “su”ya  olan
               müqəddəs  inanclarına  əsasən  və  həmçinin  özlərinin  dini  mərasimlərini  keçirərkən  axar  suya  ehtiyacları
               olduğundan bir yerdə çay ətrafında yaşayırlar. İranda Kərxe və Karun çaylarının, İraqda isə Dəclə və Fərat
               kənarında yaşayırlar. Deyirlər ki, onlar hazırda dünyada təqribən 200000 nəfərdir və çoxu İraqdadır.
   300   301   302   303   304   305   306   307   308   309   310