Page 311 - Islamic Studies 05
P. 311
İsrafla mübarizə Nəhcül-Bəlağə baxımından (310
İsrafın mahiyyəti
Rağib İsfahani yazır: “Sərəfə” (فَرَس), insanın hər
hansı bir işdə ifrat etməsi deməkdir. Buna baxmayaraq
onun malın infaqı haqqında işlənməsi daha
məşhurdur. Bəzən malı xərcləməkdə mötədil həddən
çıxmağa və bəzən də necə xərclənməyə şamil olur.
Buna görə də “Süfyan” demişdir: Allah yolunda
xərclənməyən hər hansı bir hal israf sayılır, hətta
miqdarı çox az olsa da.
1
Rağibin dediklərinə, Quran və hədisdəki
şahidlərə əsasən israf ümumiyyətlə hər növ həddi
aşmağa deyilir. Hər bir halda, israf qadağan olunmuş
və Allah-taalanın bəyənmədiyi, qəzəbinə səbəb olan
əməldir. Allah-taala Əraf surəsinin 31-ci ayəsində
buyurur: “Yeyin-için, lakin israf etməyin, çünki Allah
israf edənləri sevməz!”
İsrafla “təbzir”in (bədxərclik) rabitəsi
“Təbzir” (ریذبت) israfın əksinə olaraq, yalnızca
iqtisadi bir sözdür. “Təbzir” sözü “Bəzr” kökündən
alınmışdır və yaymaq mənasını verir. Onun əsl kökü
“səpmək”dir. Məcazi mənada, öz malını yersiz tələf
edən adamın əməli haqqında işlənir. Həmçinin
1 - Rağib İsfahani, Əl-Mufrədat fi Ğəribil-Quran, “sərəfə” (فَ رَس) sözünün kökü.