Page 317 - Islamic Studies 05
P. 317

İsrafla mübarizə Nəhcül-Bəlağə baxımından (316

                      Həzrət  İmam  Sadiq  (ə)  onun  yanına  gələn  bir

               nəfərə  buyurdu:  “Allahdan  qorx  və  israf  etmə.  Sərt
               olma, orta və mötədil yolu tut. Həqiqətən də “təbzir”
                                                                                    1
               israfdır və Allah-taala buyurmuşdur: təbzir etməyin”.

                      İmam Sadiqdən (ə) nəql olunan digər bir hədisdə
               buyurur:  “4  qrupun  duası  qəbul  olunmaz.  Onlardan

               biri o şəxsdir ki, öz malını zay edər, sonra da Allahdan
               ruzi verməsini istəyər. Allah da onun cavabında deyər:
               Sənə xərcləməkdə orta və mötədil yolu tutmağını əmr
                                       2
               etməmişdimmi?!”.

                      İmam  Əsgəri  (ə)  şiələrdən  birinə  yazdığı
               məktubda, onu varlanmağa, dövlətli olmağa çağıraraq

               belə tövsiyə edir: “İmkanlı və mötədil ol, və israfdan
               uzaq dur. Çünki bu, Şeytan əməllərindəndir”.
                                                                         3
                      Həmçinin,  İmam  Sadiq  (ə)  bir  rəvayətdə

               buyurub: “Allah-taala orta yolu sevir və həddi aşmağa
               düşməndir;  hətta  bu  ifratçılıq  əgər  xurma  çiyidini
               kənata tullmaq belə olsa. Çünki ondan istifadə etmək

                                                                            4
               olar. Həmçinin, içməli suyu atmaq da israfdır”.
                      İmam Əli (ə) israf haqqında buyurur: “İsrafkarın

               üç əlaməti var: Yediyi şey ona yaraşmır, geyindiyi şey





               1 -Hürr Amoli, Vəsailüş-Şiə, c. 6, s. 27. 1-ci hədis
               2  -Hürr Amoli, Vəsailüş-Şiə”, c. 15, 27-ci bölmə, 4-cü hədis
               3  -Qumi, Səfinətul-Bihar, c. 1, s. 616
               4  -Hürr Amoli, Vəsailüş-Şiə, c. 15, 25-ci bölmə, 2-ci hədis
   312   313   314   315   316   317   318   319   320   321   322