Page 58 - Islamic Studies 05
P. 58
57) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Maraqlıdır ki , xanımalr öz övladlarının , ərlərinin və
qardaşlarının halını xəbər almazdan öncə ,
Peyğəmbərin(s.ə.a.s.) halını soruşurdular.
Qeysin qızı Suda da belə xanımlardan biri idi. Ühüd
döyüşündə o, övladlarının şahid olduqlarını bilsə də , onlar
haqqında xəbər almazdan öncə soruşdu :
-“ Peyğəmbərdən (s.ə.a.s.) nə xəbər var?”
-“Peyğəmbər (s.ə.a.s.) sağdır.”
Suda dərhal özünü Peyğəmbərə (s.ə.a.s.) çatdırdı. Sağ-
salamat olduğunu görəndə dedi:
-“Başıma gələn müsibətlər mənə asanlaşdı. Təki siz sağ-
salamat olasınız , daha heç bir qəmim yoxdur.”
Bu möhkəm iradəli xanım döyüş meydanından
oğlanlarının cənazəsini tapıb dəvənin belinə yükləyərək
Mədinəyə tərəf yollanarkən yolda rastlaşdığı insanlar ondan
Peyğəmbəri (s.ə.a.s.) soruşduqda cavab verdi:
-“Peyğəmbər (s.ə.a.s.) sağ-salamatdır.
İslam tarixinin qəhrəman xanımları haqqında danışdıqdan
sonra düşünürəm ki , İslam dininin yaşamasında çox önəmli
mövqeyə sahib olan Kərbəla hadisəsi haqqında və bu hadisəni
bizə çatdıran qəhrəman xanımlar haqqında məlumat verəm.
Xüsusən də məqaləni Səfər ayında yazıramsa Kərbəla
hadisəsinə toxunmağı özümə borc bilirəm.
Qadınların uğur əzmi
Məhəmməd peyğəmbərin (s.ə.a.s.) gəlişi ilə cəmiyyətdə
tam insani hüquqlu şəxsiyyətə çevrilən qadınlar daim İslam
dininin inkişafı və müdafiəsi yolunda özünəməxsusu
əhəmiyyətli rol oynayaraq böyük nüfuz qüvvəsinə malik
olmuşlar. Biz İslam tarixini diqqətlə izlədikdə bu dinin
yarandığı gündən etibarən Həzrət Xədicə (s.ə.)kimi namuslu ,