Page 67 - Islamic Studies 05
P. 67
Qadın və uğur (66
Xanım Zeynəb onun sözlərinə bu cür cavab verdi:
“Həmd olsun o Allaha ki , bizə (ailəmizə babamız )
Peyğəmbəri (s.ə.a.s.) əta etməklə əzəmət bağışladı və
çirkinlikdən pak saxladı. Yalnız fasiqlər rüsvay olar. Yalnız
1
pis adamlar yalan danışar. Allaha həmd və səna olsun ki , pis
adam biz deyil , başqa şəxslərdir. (Yəni pis insanlar sən və
2
sənin tərəfdarlarındır)”
İbn Ziyad dedi:
“Gördün Allah sizin başınıza nə müsibətlər gətirdi.”
Xanım Zeynəb isə cavabında dedi:
“Mən gözəllikdən başqa bir şey görmədim”.
Uğurlu qadının liderliyi
Siyasi formaya - qadınların dövlət hakimiyyətinin ali və
yerli Qanunverici və İcraedici orqanlarında, o cümlədən qadın
dövlət rəhbərləri, siyasi partiyaların, BMT və s. kimi
beynəlxalq təşkilatların rəhbərliyində olması aid edilir.
İqtisadi forma - qadınların iqtisadi məsələlərlə məşğul
olan milli dövlət orqanlarında aparıcı mövqe tutması, o
cümlədən, idarə, müəssisə və təşkilatlarda rəhbər, yüksək
idarəetmə nişanına malik beynəlxalq və regional məaliyyə
müəssisələrində işçi olmasıdır.
Qadın liderliyin ictimai forması - qadınların vətəndaş
cəmiyyəti sferalarında, özünüidarə orqanlarında, QHT-nın
ictimai hərəkatlarında, kütləvi informasiya vasitələrində
təmsil olunmasıdır.
Məqsəd Əhli - beyt (ə) haqqında nazil olan Əhzab surəsinin 33 - cü ayəsidir. 1
Şeyx Müfid İrşad səh 244 2