Page 96 - Islamic Studies 05
P. 96

95) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               nəzəriyyə  yalnız  nəticənin  səbəbə  ehtiyacını  onun  «Hadis»
               olmasında  görən  fikiri  inkar  edir.  Lakin  bə’zi  filosoflar  bu
               nəzəriyyədən  daha  kəskin  nəticələr  alaraq,  aləmin  «Qədim»
               olduğunu  iddia  etmiş,  Allah-təaladan  başqa  bir  əzəli  varlığın
               mümkünlüyünü  düşünmüşlər.  Onlar  hətta  öz  müddəalarına
               dəlil olaraq deyirlər:
                 «Bütün aləm Allah-təalanın yaratdıqlarıdır. Xəlq etmək Onun

               lütfü, mərhəməti, ehsanı ilə eynidir. Öncə qeyd etdiyimiz kimi,
               Allah-təalanın sifətləri Onun zatı ilə eynidir. Onun zatı qədim
               olduğu üçün, bütün sifətləri, lütfü, mərhəməti, ehsanı da qədim
               və  əzəlidir  (Qədimul-Ehsan).  Əgər  bu  sifətlər  qədimdirsə,
               onun xəlq etdiyi aləm də qədim olmalıdır.»
                 Filosofların bu fikrinə cavab olaraq, dövrümüzün ən böyük
               İslam filosoflarından biri olan Məhəmməd Təqi Misbahın iradı
               ilə tanış olaq:
                 Allahın lütfü, mərhəmət və ehsanının qədim olması, eləcə də
               heç  bir  zaman  və  məkan  buxovları  ilə  məhdudlaşmaması
               şübhəsizdir. Lakin bu, məsələnin yalnız bir tərəfidir. Bu lütfü,
               mərhəmət  və  ehsanı  əxz  edən  tərəf  (məxluqat)  də  nəzərə
               alınmalıdır.  Onlar  qeyri-məhdud  ilahi  lütfə  şamil  olmaqda
               məhduddurlar.  Necə  ki,  Allahın  lütfünün  nə  qədər  hədsiz
               olmasına  baxmayaraq,  maddə  aləmi  zaman  və  məkan
               məhdudiyyəti ilə yaradılmışdır. Dahi filosofun əvəzsiz iradına
               çox kiçik də olsa, daha iki irad əlavə etmək istəyirik: – Əvvəla
               mütəaliyə  fəlsəfəsində  əsas  şərtlərimizdən  biri  fəlsəfi
               nəzəriyyələrin dini tə’limlərə uyğun gəlməsidir. Aləmin qədim
               olması  bizim  möhkəm  əqidə  üsullarımıza  müvafiq  deyil.
               Qur’ani-Kərim  və  səhih  hədislər  Allah-təalanın  mövcudatı
               yoxdan  var  etməsini,  Onun  hər  şeydən  öncə  mövcud
               oluduğunu tə’lim edir. Bu isə aləmin hadis olduğundan xəbər
               verir. İkincisi, biz Allah-təalanın sifətlərini diqqətlə nəzərdən
   91   92   93   94   95   96   97   98   99   100   101