Page 12 - Islamic Studies 06
P. 12
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /11
çevrilir ki,digər insanlar da ona oxşamağa və ondan nümunə
götürməyə çalışır.
4.İslam mənəvi dəyərlər, halal-haram məsələlərində
dindarın hərəkətinə nəzarət edir. İslam - İslam qanunları ilə
tamamilə və ya qismən yaşayan böyük icmalara və bütün
dövlətlərə təsir göstərmək qüdrətinə malik bir dindir. Ancaq
İslama aid olmaq insanın qınanmalı bir hərəkət etməməsinin,
cəmiyyətin əxlaqsızlığa və qanunsuzluğa düşməsinin qarşısını
həmişə ala bilmir. Bu kədərli vəziyyət insan ruhunun dünyada
şeytani əməllərin qarşısında aldanmalarının nəticəsidir.
5.Əgər insanlar uca yaradanın "Parçalanmayın" sözünə
əməl etsələr Islam dini xalqların, millətlərin birləşdirilməsinə,
təhsilə və dövlətçiliyin güclənməsinə kömək edər.
6.İslam dini cəmiyyətin mənəvi həyatının əsas hissəsidir.
İslam ədəbiyyatı və incəsənəti, memarlığı bu günə kimi
bəşəriyyəti heyran etməkdə davam edir, elmlərin çoxu İslam
yarandığı gündən etibarən inkişaf tapmışdır. Beləliklə İslamın
yaradıcı din olduğunun nəticəsinə gəlirik.
7.İslam ictimai asayişi gücləndirməyə, ailə ənənələrinə və
həyat qanunlarına kömək edən dindir. Din həmişə təməllərini,
sabitliyi, qayda və qanunları qorumağa çalışır. Bu müasir
zamanımıza, hər bir fərd, cəmiyyət və dövlətlərə vacibdir.
İnsanlar fikirlərini dəyişib günah və haramlara müqavimət
göstərsə, niyyəti onların xarakterinini yaxşılığa yönəldər,
özlərini və cəmiyyəti dəyişdirə biləcəklər. Müsəlmanlar bir-
birinə qarşı mərhəmətli olmalı, qayğı və məhəbbət göstərməli,