Page 125 - Islamic Studies 06
P. 125

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /124

               düzgün  cavablandırmaq  lazımdır.  Bundan  başqa  əmək
               tərbiyəsi hər bir yaşda ardıcıl və mütəmadi aparılmalı, həyati
               bacarıqlar, özünəxidmət vərdişləri formalaşdırılmalıdır".
                   Uşaqların  tərbiyəsində  hər  iki  valideynin  rolu  mütləqdir.
               Bəzən valideynlər övladları ilə bağlı hansısa neqativ hal baş
               verəndə  bir-birini  təqsirləndirir.  Atalar  "mənim  vəzifəm  pul
               qazanmaq,  çörək  dalınca  qaçmaqdır,  uşağı  tərbiyə  etmək

               anasının işidir" deyib məsuliyyətdən kənarda qalmaq istəyirlər.
               Uşağın  fiziki,  fizioloji  və  psixi  inkişafında,  düzgün  tərbiyə
               olunmasında  ata  qayğısı  və  ana  nəvazişi  mütləqdir.  Hər  iki
               valideynin  diqqət  və  qayğısı  ilə  əhatə  olunmuş  uşaq  özünü
               dəyərli hiss edir, daha inamlı böyüyür".
                   Tünzalə  Verdiyeva  həmçinin  bildirib  ki,  müasir  dövrdə
               uşaqları  düzgün  tərbiyyə  etmək  üçün  valideynlərin  üzərinə
               daha  böyük  məsuliyyət  düşür:  "Bu  gün  uşaqların
               formalaşmasında ailə dəyərləri, məktəbdə təhsil, təlim-tərbiyə
               ilə  yanaşı  cəmiyyətin,  ətraf  mühitin  və  yaşıdlarının  təsiri
               vardır.  Ucqar  kəndlərdən,  kiçik  qəsəbələrdən  fərqli  olaraq
               şəhərdə, xüsusilə də paytaxtda yaşayan uşaq və yeniyetmələr
               daha  çox  internetdən  təsirlənir.  Əlbətdə  müasir  dövrü
               komputer  və  mobil  rabitəsiz  təsəvvür  etmək  mümkün  deyil.
               Uşaqlar  dərslərini  hazırlayarkən  hər  hansı  bir  məlumatı,
               informasiyanı  internet  resurslarından  asanlıqla  əldə  edirlər.
               İKT-dən istifadə vaxt itkisinin qarşısını alır. Digər tərəfdən isə
               internetdən istifadə uşaqların tərbiyəsində mənfi rol oynayır.
               Onlar  sosial  şəbəkələrdə  saatlarla  vaxt  keçirir,  məkrli
               insanların  təsiri  altına  düşür. Elə  onların  təkidi  ilə  də  evdən
               qaçır,  zərərli  vərdişlərə  meyil  göstərirlər.  Müxtəlif  saytlara
               daxil  olub,  yaşlarına  uyğun  olmayan  informasiya  alırlar.  Bu
               baxımdan  valideynlər  övladlarına  qarşı  maksimum  diqqətli
               olmalı və onlarla daha çox vaxt keçirməyə çalışmalıdırlar.
   120   121   122   123   124   125   126   127   128   129   130