Page 238 - Islamic Studies 06
P. 238

Nəhcül-bəlağədə vəhdət prinsipi / 237

               qarşılaşmaz  və  haqq  yoluna  hidayət  olunarlar.  Quranın
               gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Quran bütün
               dərdlərin dərmanı və şəfa mənbəyidir. Quranı özündə yaşadan
               şəxslər  daim  alnıaçıq  və  vüqarlı  olarlar. Quranın  tərəfdarları
               bir an olsun belə, himayəsiz qalmaz və onu özlərinə ən böyük
               hami və dayaq hesab edərlər. Quran iman xəzinəsi, tükənməz
               elm mənbəyi, ədalət və qəzavət gülüstanıdır.

                   Quran islamın təməli və geniş həqiqət düzənliyidir. Quran
               suyu tükənmək bilməyən dəniz və bulanmayan bir çeşmədir.
               Quran  öz  yolçularının  yoluna  nur  saçan  hidayət  carçısıdır.
               Onun yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan
               bir  an  olsun  belə,  sapınmazlar.  Allah-taala  Quranla  elm
               susuzlarının  susuzluğunu  yatırar,  fiqh  alimlərinin  qəlblərinə
               təravət  bəxş  edər  və  əməli-saleh  insanları  öz  məqsədlərinə
               çatdırar.  Qurana  iman  gətirənlər  ömürlərini  izzət  və  əmin-
               amanlıqla  başa  vurarlar.  Quran  ona  pənah  gətirmiş  şəxsləri
               ümidsiz qoymaz və onları özünün səadət və xoşbəxtlik yoluna
               hidayət edər. Quran dəlil axtaranlar üçün ən tutarlı sübut və
               istidlal  mənbəyidir.  Quran  mütəfəkkirlər  üçün  əlamət  və
               nişanələr, silaha  ehtiyacları  olanlar  üçün  ən  gözəl  sığınacaq,
               alimlər  üçün  tükənməz  elm  mənbəyi,  onu  nəql  edən  kəslər
               üçün ən böyük hədis, hökm çıxaran qazilər üçün isə ən gözəl
               ədalət nümunəsidir. (Nəhcül-bəlağə, 198-ci səh.)
                   Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur
               və biz onlardan bəzilərini şərh edirik.
                   «Quran nuru sönməyən əbədi hidayət çırağıdır». Hədisdə
               buna oxşar ifadələrlə dəfələrlə qarşılaşırıq. Buradan məqsəd,
               Quranın  həqqaniyyətinin  müvəqqəti  olmamasıdır.  Onun
               ayələrinin əbədi verdiyi hökmlər isə, həmişəlik qüvvə və icra
               məqamında  qalacaqdır.  Məsələn,  Quranın  bəzi  ayələri
               müəyyən şəxs və ya hadisələr barəsində nazil olmuşdur, amma
               buna  baxmayaraq,  onun  ümumi  məfhum  və  mənası  qiyamət
   233   234   235   236   237   238   239   240   241   242   243