Page 265 - Islamic Studies 06
P. 265

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 264

               fani görünür. Ona görə də heç bir şeyə ürək bağlaya bilmir.
               Amma  bununla  belə,  o,  əbədiyyətə  qovuşmaq  düşüncəsi  ilə
               yaşayır. Bu da onun dərd əhli olmasına səbəb olur.”
                   Hindistan meşələrindən gətirilib qəfəsə salınmış tutuquşu
               misalı  bunun  bariz  nümunələrindəndir.  Quş  hər  an  qəfəsdən
               canını qurtarıb öz vətəninə qayıtmaq fikri ilə yaşayır. Bəli, o,
               narahatdır,  öz  doğma  yurduna  qayıtmaq  istəyir.  Buna  onun

               haqqı da var!...
                   İnsanın  dərdi  ancaq  və  ancaq  Allah  dərdidir.  O,  bunu
               düzgün  başa  düşsə,  ibadətləri  Əmirəl-möminin  Əlinin  (ə)
               aşiqcəsinə etdiyi ibadətlər kimi olacaqdır.
                   Qurani-kərim bu barədə “Rəd” surəsi 28-ci ayədə buyurur:
                   “...Bilin  ki,  qəlblər  yalnız  Allahı  zikr  etməklə  aramlıq
               tapar!”


               Allaha məhəbbət

                   Allah-təala Həzrət İbrahimi(ə) bir neçə xüsusiyyətinə görə
               Özünə  dost,  xəlil  seçmişdir.  O  səbəblərdən  biri  də  həzrət
               İbrahim(ə)-ın Allaha məhəbbəti olması idi. Həzrət İbrahim(ə)
               qəlbində  Allaha  olan  məhəbbəti  hər  şeydən  artıq  idi.  Həzrət
               İbrahim(ə) çox işgüzar və çoxlu mal-dövlət sahibi idi. Allah-
               təala  ona  həddən  artıq  mal-dövlət  əta  etmişdir.  Mələklər
               Allaha dedilər: İlahi, Sən İbrahimə(ə) çox mal dövlət verdiyinə
               görə  o  sənə  ibadət  və  zikr  edir.  Allah-təala  mələklərə  sübut
               etmək istədi ki, əgər bir insanın Allaha həqiqi məhəbbəti varsa
               o məhəbbət heç vaxt onun qəlbindən çıxmaz.
                   Həzrət İbrahimin(ə) qəlbi Allah məhəbbəti ilə dolu idi və
               Allaha da ona görə zikr və ibadət edirdi. O Allahı verdiyi mal-
               dövlətə görə yox, bəlkə Ona olan məhəbbətinə görə zikr edirdi.
               Bu məhəbbətin əlaməti də belədir ki, əgər insan mal-dövlətini
   260   261   262   263   264   265   266   267   268   269   270