Page 306 - Islamic Studies 06
P. 306

İslamda xoşbəxt ailə strukturu./. 305

               Nəticə


                   Cəmiyyət  ailənin  məhsuludur.  Hər  hansı  bir  millətin
               prezidenti, naziri və digər məsul işçiləri ailədə formalaşmışlar.
               Onların  tərbiyəsi  və  şəxsiyyətlərinin  formalaşmasının  əsas
               mənbəyi ailə və ailə başçıları olmuşdur.

                   Ailə  bir  torpağa  bənzəyir.  Əgər  torpaq  lazımi  qayğıdan
               uzaq olsa, duzlu bir çöl olaraq qalacaq. Nə gül bitirəcək, nə də
               sünbül. Lakin ona lazımi qayğı göstərilərsə, bu zaman ondan
               gül,  sünbül  və  ya  hər  hansısa  bir  məhsul  gözləmək  məntiqə
               uyğun olar.


                   Xoşbəxtlik       və    bədbəxtlik      insana     ilk    növbədə
               valideynlərindən  keçir.  Əgər  valideynlər  öz  övladlarının
               səadəti  yolunda  çalışsalar,  böyük  ibadət  etmiş  və  izdivacın
               əbədi  mənfəətlərindən  bəhrələnmiş  olarlar.  Lakin  onların
               bədbəxtlik amilinə çevrilsələr, müqəddəs izdivac prosesindən
               faydalanmamış və öz əlləri ilə özləri üçün ziyan süfrəsi açmış
               olarlar.  Bu  səbəbdən  İslamın  yüksək  maarif  dolu
               rəvayətlərindən birində həzrət Peyğəmbərdən (s) nəql olunur:
               «Hər bir bədbəxtin bədbəxtliyinin amili anasının bətnində, hər
               bir xoşbəxtin də xoşbəxtliyinin amili anasının bətnindədir».

               Böyük şair Kəlim Kaşaninin dili ilə desək:


                   -  Əz kuze həman brun təravəd ke dər ust.

                   -  Mənası:

                   -  Bir  səhəngdən  yalnız  onun  içindəkilər  bayıra  tökülə
               bilər.


                   -  Deməli,  valideynlər  övladlarının  varlıq  səhənginə  nə
               töksələr, onun beynini, qəlbini hansı şəkildə formalaşdırsalar,
   301   302   303   304   305   306   307   308   309   310