Page 60 - Islamic Studies 06
P. 60

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /59

               üstün  olacaqlar”.  Buna  əsas  səbəbdə  budur  ki,  islam  dini

               qanunları  insanın  təkamülə  çatması  üçün  kişi  və  qadının
               arasında  heç  bir  fərq  qoymamışdır.  Başqa  sözlə  desək
               təkamülə çatmaqda  heç  bir  cinsiyyətin  rolu  yoxdur. İnsanlar

               yalnız əməli saleh olmaqla, Allaha yaxınlaşmaqla, təqvalı olub
               pis  işlərdən  çəkinməklə  və  aqil  olaraq  iman  gətirməklə  əldə
               edə bilərlər. Allah-Taala yanında heç bir cinsiyyətin üstünlüyü

               yoxdur, tənha üstün bəndələr təqva sahibləridir.

               Qurani-Kərim  qadınla  kişinin  hüquqları  əsasında  necə

               davranmaları haqqında  bir neçə qanuna işarə edib:

               1. Ədalət əsasında rəftar etmək:

                    İslamda  əsl  qanunvericilik  ədalət  üzərində  qurulubdur:
               “Ey  iman  gətirənlər!  (Şahidliyiniz)  özünüzün  və  ya
               valideynlərin,  ya  da  yaxın  qohumların  əleyhinə  olsa  belə,
                                                               1
               Allah  şahidləri  kimi  ədaləti  qoruyun.” . İslam  dini  bütün
               sahələrdə,   hökumət  işlərində yaxud  ictimai  işlərdə  insanları

               ədalətə riayət etməyə çağırıbdır: “De: “Rəbbim ədalətli olmağı
                             2
               əmr etdi. ”” . Kişinin ailədə müdürlüyü də geniş cəmiyyətdə
               hakimiyyətin  kiçik  miqyasda  olan  bir  hissəsidir  və  həmin

               əsasda qurulubdur.
                   Yəni  kişi  ailədə  müxtəlif  cəhətlərdə  nəzm  intizamı
               yaratmaqdan əlavə, ədaləti də icra etməlidir. Həqiqətdə kişinin
               hökumətçilik  haqqı  var,  amma  təhəkküm  (zorakılıq)  haqqı
               yoxdur. İslamda hökumətçilik, yəni ədalət əsasında işləri idarə

               etmək,  təhəkküm  isə  yəni  zorakılıq  etmək.  İslam  kişiyə


               1 . Quran: Nisa surəsi, ayə: 135
               2 . Quran: Əraf surəsi, ayə: 29
   55   56   57   58   59   60   61   62   63   64   65