Page 84 - Islamic Studies 06
P. 84

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /83

               Emosional ehtiyacların ödənilməsi

                     Evliliyin  məqsədlərindən  biri  də  duyğusal  ehtiyaclarını
               ödəmək və bu sahədəki böhranlarla mübarizə aparmaqdır.

                     İnsanların  emosional  ehtiyaclarının  qarşılanması  məhz
               dostluq  və  məhəbbət  sayəsində  olur.  Bir-biri  ilə  evlənən  bir
               kişi  və  bir  qadın,  bir-birlərini  sevərək,  hər  biri  digərinin
               sirlərinin  sirdaşına  və  başqa  bir  duyğu  sığınacağına  çevrilir.
               Cütlüklərin dinc və sakit şəraitdə yaşaması ailənin emosional
               sığınacağından irəli gəlir.1 Əksər insan cəmiyyətlərində fərdlər
               gəncliklərinin  ilk  illərində  evlənirlər.  İslam  təlimləri   də
               insanları gənc yaşda evlənməyə də təşviq etmişdir.2

                     Yeniyetmə  dövründə,  insanın  hər  dövrdən  daha  çox
               sakitliyə,  dincliyə  və  qarşılıqlı  dostluğa  ehtiyacı  var.  Çünki
               gənclik dövrü dostluqların və güclü emosional münasibətlərin
               zirvəsidir, digər tərəfdən bu dövr bir çox böhranın və psixoloji
               və sosial problemlərin ortaya çıxma dönəmidir.3

                     Belə  bir  dövrdə  və  şəraitdə  insanın  həyat  yoldaşı,
               emosional ehtiyacların ödənməsinə səbəb olan ən yaxşı şəxsdir
               və  onun  dəstəyi  yeniyetməlik  dövrünün  problemləri  ilə
               üzləşməkdə və onların həllində fərdə güc verir.

               Cinsi iffətin qorunması
                     İffətin  qorunması,  fərdi  və  sosial  cinsi  etik  normalara

                                                                                     4
               riayət  İslam  təlimləri  ilə  tərəfindən  xüsusi  vurğulanmışdır.
               Evlilik və ailə təşkili fərdi və sosial cinsi iffəti qorumaq üçün



               1  Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza
               məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər
               üçün ibrətamiz dəlillər vardır. Rum, ayə 21.
               2  Hürr Amuli, Vəsail əş-şiə, c. 4, s. 74, (هلبللب مکی ی بلبشلا رشعو لی).
               3  Əhmədi, 1999.
               4  Kuleyni, Kafi, c. 2, s. 80, (جرفلا و نطبلا ةفی ةدلبعلا لضفا).
   79   80   81   82   83   84   85   86   87   88   89