Page 263 - Pure Life 13
P. 263
İslamda Siyasət və Idarəetmə /349
İslamda isə cihad var və bu, insanların kökünün
kəsilməsinə deyil, vətən, namus, ağıl, fikir, mal və cana
ediləcək təcavüzün qaşısını almağa xidmət edir.
Nəticədə, İslamın bayrağı yaşıl rəngdədir və bu rəng
həyat rəmzidir. Amma konsepsial (şeytani) hakimiyyət
yaşıl hərbi dəbilqə ilə hər cür hərbi silahdan; yaşıl zəhər
sayılan (nəşə, tənbəki və s.)-genetik silahdan; dünyanın
pulla idarəedilməsində yaşıl dollarlardan; içərisini öz
ideologiyaları ilə doldurduqları başlara (vəhabi, sələfi)
bağlanan və üzərində “La ilahə illəllah. Allahu Əkbər”
şüarları yazılan yaşıl lentlərdən istifadə edərək ideologiya
müharibəsi aparır və dünyanı idarə edirlər.
Nəhayət bunu da qeyd edək ki, tarixdə ən güclü
dövlətlər olmuşdur. Məsələn, Əhəmənilər
imperiyası:Təxminən e.ə. 550-ci ildə bu imperiyanın əsası
şahənşah, yəni şahlar şahı ləqəbini daşıyan Böyük Kir
tərəfindən qoyulub. E.ə. 330-cu ildə Makedoniyalı
İsgəndər tərəfindən Əhəmənilər imperiyasına son qoyulsa
da, imperiyanın davamlı irsi dünya sivilizasiyaları və
gələcək imperiyaların sonrakı inkişafında özünü göstərib.
Əslində, bu imperiya gələcəkdəkilər üçün imperiyanın
nə demək olduğu standartını qoyduğuna görə mühüm
əhəmiyyət kəsb edib.
Əhəmənilər imperiyasının mövcudluğu tarixin nadir bir
dövrünə-əhalinin ən çox Yaxın Şərq və ya onun yaxınlığında
məskunlaşdığı bir vaxta təsadüf edir. Buna görə də, Yaxın
Şərqin əksər ərazilərini idarə edən Əhəmənilər imperiyası
dünya əhalisinin digər imperiyalardan daha böyük hissəsi
üzərində hakimiyyət sürüb.