Page 281 - Pure Life 13
P. 281

İslamda Siyasət və Idarəetmə  /331

                  Fərdlər  qruplarda-orqanlarda  birləşir.  Nəticədə
               siyasi  bədən  orqanları  sistemi  yaranır.  Dövlətin

               yarnma  səbəbi  başqa  cəmiyyətlərlə  mübarizə,

               müharibələr və zülmdür.
                  Spenser dövlətin iki tipini ayırırdı:
                   -  primitiv, yaxud hərbi, yırtıcı tipi
                   -  yüksək, yaxud sənaye tipi
                  Birinci tipin vəzifəsi müharibə aparmaq, ikinci tipin
               vəzifəsi  isə  fərdi  rifahdır.  Bu  sistemdə  fərd  ilkin
               başlanğıc,  dövlət isə vasitədir.
                  19-cu  əsrin  40-cı  illərində  marksizmin  meydana
               gəlməsi  ilə  siyasi  elmin  inkişafında  xüsusi  bir
               cərəyanın ayrılması ilə nəticələndi.
                  Marksizmin  banisi  Karl  Marks  (1818-1883)  və
               Fredrix Engels (1820-1895) olmuşlar.
                   1.  Siyasi  münasibətlər  hər  şeydən  əvvəl  hakimiyyət
                      uğrunda  mübarizədən  irəli  gələn  münasibətdir  və
                      mahiyyət  etibarı  ilə  ictimai-iqtisadi  münasibətlər
                      kimi  fundamentə  malikdir.  Cəmiyyətdə  yaranan
                      ictimai-iqtisadi    münsibətlər      bazis    (yunanca
                      müəyyən  cəmiyyətin  üstqurumunun  real  əsasını
                      təşkil  edən  ictimai  istehsal  münasibətlərinin
                      məcmusu)  özünə  müvafiq  üstqurum  hazırlayır.
                      Bazis  və  üstqurum  arasında  qırılmaz  əlaqə  və
                      asılılıq  mövcuddur.  Siyasət  hər  şeydən  əvvəl
                      iqtisadi münasibətlərin inkişafı kimi təzahür edir.
   276   277   278   279   280   281   282   283   284   285   286