Page 315 - Pure Life 13
P. 315

Dini Virtual Təhsilin Keyfiyyət Dərəcəsinin ölçü Meyarları /297

               Təhsildə Büdcəyə Qənaət Olunması və Onun Daha
               Məhsuldar Olması
               isə adından göründüyü kimi maddi vəsaitin cüzi miqdarda

               xərclənməsi ilə əldə olunmuş yüksək bilik və elm insanın
               bu təhsil formasının nə dərəcədə lazımlı olmasını qabarıq
               şəkildə nəzərə çarpdırır.
                  Yol  xərci  və  zaman  sərfi  olmadığı  üçün  tələbə
               büdcəsinə və vaxtına qənaət etməklə həm maariflənə bilir,
               həm də yaxın ətrafında olan insanları maarifləndirə bilir.

               Təhsil      Mühitində       heç     bir     Məhdudiyyətin
               Olmaması Dedikdə
               ilk  olaraq  yaş  məhdudiyyətini  anlasaq  da  bu  bölməyə
               həmçinin  universitetə  qəbul  zamanı  təqdim  olunan
               sənədləri də daxil etmək mümkündür.
                  Çünki  qəbul  zamanı  həm  11  illik  tıhsildən  ,  həm
               bakalavr  təhsil  pilləsində  oxuğumuzu  təsdiq  edən  sənədi
               təqdim etməyin mümkün olduğu bəlli olur.
                  Yaş məhdudiyyətinin olmaması isə bizə imkan verir ki
               yeni bilik və elmlə zəngin olan bir ixtisas seçib o ixtisası
               mükəmməl şəkildə öyrənə bilək.
                  Virtual  təhsil  sistemində  nəzərdə  tutulan  məsələlərdən
               biri də, müraciət edən şəxslərin elmi-mənəvi ehtiyaclarını
               təmin  etməkdir.  Bu  məqsədlə  də,  sayt  üzərində  dərslərin
               təşkil edilməsi mümkün olur.
                  Yeni  təhsil  sistemində,  həqiqi  (əyani)  siniflərin  dərs
               sisteminə malik olmaqdan əlavə, digər başlıca dərs sistemləri
               və müasir imkanlardan da faydalanmaq mümkündür.

               Virtual Təhsil Sisteminin üstünlükləri Nədir?
                  1.  Virtual  təhsil  sisteminin  hədəfi,  müasir  və  daha
                      sərfəli  proqramlarla  şəxsin  elmini  və  bacarığını
                      artırmaqdır.
   310   311   312   313   314   315   316   317   318   319   320