Page 219 - Pure Life 05
P. 219
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 191
Şübhələr varsa, deməli cavabları da mövcuddur.
Bəşəriyyətə təqdim olunan əbədi və kamil din bunları
məntiqi əsaslarla cavablandırmağa qadirdir. Buna görə
də, sual verən və dini məsələlərdə şübhəsini söyləyən
şəxslərə etiraz etmək, qarşı tərəfdə dinin acizliyini
etiraf etmək kimi başa düşülə bilər.
Məhz bunun üçün də, insanlara həmin məsələlərdə məntiqi
açıqlama verilməsi zəruridir. Necə ki, Həzrət İmam Sadiq
(ə) buyurur: "Cəhalət üç şeydə özünü göstərir: dostu
dəyişməkdə, dəlil-sübut olmadan etiraz etməkdə,
1
əhəmiyyətsiz şeylər barədə sorğu və araşdırmaqda."
Demək olar ki, müqəddəs ayələrin möhkəmliyi və
məntiqi əsaslarının qüdrəti o qədər əzəmətlidir ki, uca
dağlar belə onun məntiqi və həqiqətinin gücü
qarşısında cılız və davamsız təsvir edilmişdir.
"(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil
etsəydik, sən onun (ayələrin məntiq və dəlilinin möhkəmliyi
üzündən) Allahın qorxusundan əyilib (təzim edərək) parça-
parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan
2
insan onun öyüd-nəsihətlərindən ibrət almır).
İslam məntiqinə əsasən, belə deyil ki, ya “Ağdır” ya
“Qara”, başqa rənglər dəvar bu arada. Belə deyil ki, ya
“100”dür ya “Sıfır”, başqa rəqəmlər də var ortalarda.
Deməli, bəzi hallarda məsələlərə nisbi yanaşmaq,
problemi kökündən həll edə bilər.
1. Tühəful-üqul, səh. 317.
2. Həşr, 21.