Page 94 - Pure Life 07
P. 94
142 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
Bütün təfsir əhlinə görə bu ayə təthir ayəsi kimi
tanınır və Peyğəmbərə (s) zövcəsi Ümmü
Sələmənin evində nazil olmuşdur. Bu haqda
Müslüm bin Həccac ən-Nişapuri rəvayət edir:
“Ümmü Sələmə deyir: bu ayə mənim evimdə
nazil olmuşdur. Ayə nazil olanda Əli, Fatimə,
Həsən və Hüseyn (ə) Peyğəmbərin (ə) dövrəsinə
toplaşmışdılar. Mən də qapının astanasında
oturmuşdum.
Peyğəmbər (s) onları əbanın altına alıb dedi:
Allahım bunlar mənim Əhli-beytimdir. Dedim: ey
Allahın Rəsulu! Mən də ora daxil olum? Dedi: sən
1
yerində qal, sən xeyir üzərindəsən.”
Quranda İmam Hüseynin (ə) fəzlətlərinə işarə
edən ayələrdən biri salavat ayəsidir. Allah buyurur:
“Həqiqətən Allah və mələkləri Peyğəmbərə
salavat göndərirlər. Ey iman gətirənlər! Siz də
2
ona salavat göndərib, layiqincə salamlayın!”
İbn Həcər bu ayənin Peyğəmbərin (s) Əhli-beyti
(ə) haqda nazil olması haqqında xeyli hədis nəql
etmişdir.
O, deyir: Kəb bin Ucrə belə rəvayət edir: “ Bu
ayə nazil olduqda, Peyğəmbərə (s) dedik: Ey
Allahın Rəsulu! Sənə necə salam göndərək?
1. Səhihi-Müslüm, cild VII, səh-130, Əhməd bin Hənbəl, Musəd,
cid I, səh-330, Tirmizi, Sünən, cild V, səh-351, Hakim Nişapuri,
əl-Mustədrək, cild III, səh-133, Təbərani, Mucəm, cild III, səh-
48, Buxari, Tarixul-Kəbir, cild VIII, səh-187, İbn Həcər əl-
Heytəmi, əs-Səvaiqül-mühriqə, səh-221.
2. əl-Əhzab-56.