Page 119 - Islamic Studies 01
P. 119

,
               118) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               iddianı  biz  Əllamə  Təbatəbainin    “Əl-Mizan”  təfsirində  də
               müşahidə etmiş oluruq.
               Əllamə  Təbatəbai  “Əl-Mizan”  təfsirində  Allah-təalanın
               vəlayəti barəsində belə söyləyir: “Uca Allahın Quranda özünə
               aid etdiyi  vəlayət növləri bunlardır: Onun  “təkvini  (yaratma)
               vəlayəti”  və  “təşrii  vəlayəti”.  Bunlara  “həqiqi  vəlayət”  və
               “etibari  vəlayət”də  deyilə  bilər.  Uca  Allah  Peyğəmbərə  (s)

               məxsus  vəlayət  növü  olaraq  teşrii  vəlayəti  zikr  edir.  Təşrii
               vəlayət  isə  qanun  qoymağı,  haqqa  çağırmağı,  ümməti
               öyrətməni,  onlara  hökm  etməyi  və  aralarında  hökm  verməyi
               ehtiva  edir  .  Bu  ayələrdə  buyurulduğu  kimi:  "Peyğəmbər,
                                                                                     1
               möminlər üzərində özlərindən daha çox səlahiyyət sahibidir."
               Bu  ayələr  də  eyni  mənadadır:  "Biz  sənə  haqq  olaraq  kitabı
               endirdik  ki,  insanlar  arasında  Allahın  sənə  göstərdiyi  kimi
                                   2
               hökm  verəsin."   "Sən  insanları  qətiliklə  doğru  yola
               çatdırasan." , "Allah, onlara özlərindən olan və onlara Allahın
                            3
               ayələrini oxuyan, onları təmizləyən, özlərinə kitabı və hikməti
                                                        4
               öyrədən  bir  peyğəmbər  göndərdi."   ,  "Sənə  də  bu  Quranı
                                                                          5
               endirdik ki, insanlara endiriləni onlara açıqlayasan."  , "Allaha
                                                       6
               itaət  edin,  Peyğəmbərə  itaət  edin."   "Allah  və  Elçisi  bir  işdə
               hökm verdikləri zaman artıq mömin bir kişi və qadının, işlərini
                                                               7
               öz istəyinə görə təyin etmə haqqı yoxdur."  , "Onların arasında
               Allahın endirdiyiylə hökm et. Onların həva-həvəslərinə uyma.
               Diqqət  yetir  də  Allahın  endirdiyinin  bir  qisimindən  səni
               azdırmasınlar."  8  Lakin daha  əvvəl də söylədiyimiz kimi uca


               1. Qurani –Kərim, Əhzab surəsi, ayə 6.
               2. Qurani-Kərim, “Nisə” surəsi, ayə 105.
               3. Qurani-Kərim, “Şura” surəsi, ayə 52
               4. Qurani-Kərim, «Cümə” surəsi, ayə 2.
               5. Qurani-Kərim, “Nəhl” surəsi, ayə 44.
               6. Qurani-Kərim, “Nisə” surəsi, ayə 59.
               7. Qurani-Kərim, “Əhzab” surəsi, ayə 36.
               8. Qurani-Kərim, “Maidə” surəsi, ayə 49.
   114   115   116   117   118   119   120   121   122   123   124