Page 121 - Islamic Studies 01
P. 121

,
               120) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               yerdəki mənası bir-birindən fərqlidir. Bunun bənzərini "Allaha
                                                      1
                                                                                2
               itaət edin, Peyğəmbərə itaət edin."  ayəsində də görürük.” .
                “Vəli”  sözü  mübahisələrə  səbəb  olduğu  kimi  ,  “  iman
               gətirənlər”  sözünün  niyə  cəm  formasında  gəlməyi  də  çoxlu
               mübahisələr yaratmışdlr. Həm sünni və həm də şiə alimləri bu
               barədə  müxtəlif  fikirlər  irəli  sürmüşlər.  Əlbəttə  yuxarıda
               dediyimiz  kimi,  ayədə  Allah,  Peyğəmbər  və  iman  gətirənlər
               “vəli” sözünə bağlanmışdır. Bunu əksəriyyət qəbul edir və bu
               sözün  “dost”  və  ya  “  rəhbər”  kimi    qəbul  edilməsinin  də  “
               iman  gətrənlər”  sözünün  tək  və  ya  cəmdə  qəbuluna  təsiri
               vardır . Əqlimiz ona işarə edir ki, əgər “vəli” sözünü “dost”
               kimi qəbul etsək , onda “iman gətirənlər” sözünü cəm halında
               götürə bilərik və buna oxşar ayələrə Qurani – Kərimdə biz çox
               rast  gəlirik.  Ancaq  bu  sözü    “rəhbər”  mənasında  götürsək  ,
               necə  ki,  bu  Əllamə  Təbatəbainin  “Əl-Mizan”  təfsiri  ilə  bizə
               sübut olundu, onda “iman gətirənlər” cəm şəklində gəlməyinə
               baxmayaraq biz onu tək şəxsə aid edə bilərik, necə ki, Qurani-
               Kərimdə  bir  çox  ayələrində  bir  nəfər  şəxsə  aid  olmasına
               baxmayaraq  ayə cəm formasında verilmişdir.  Digər tərəfdən
               isə,  bütün  “ruku  halında  olan  iman  gətirənlər”  bizim
               rəhbərimiz ola bilməz . Rəhbər sözü bir nəfər şəxsə və yaxud
               bir dəstə şəxsə aid ola bilər ki, onlar da Peyğəmbər (s) ilə eyni
               səviyyəli şəxslər olmalıdırlar.     Və həmçinin  “Nisə” surəsinin
               59-cu  ayəsində  olduğu  kimi,  bu  şəxslərin  Allah-təalanın
               adından  sonra  gəlməsi  və  Allah-təalanın  onları  bizim  üçün
               rəhbər  görməsi  onların  məsumiyyətindən    xəbər  verir.    Ona

               görə ki, Allah-təala  vilayət və hakimiyyət kimi belə bir vacib
               və məsuliyyətli məsələni hər adamın öhdəsində qoya bilməz.
               Həm də bu ayənin Əli (ə) – aid olması barəsindəki  hədislər



               1. Qurani-Kərim, “Nisə” surəsi, ayə 59
               2. Əllamə Təbatəbai,Əl- Mizan” təfsiri c. 6,  səh. 16 -17.
   116   117   118   119   120   121   122   123   124   125   126