Page 182 - Islamic Studies 01
P. 182
İslam psixologiyası / (181
reallaşdıran fərdlərin xüsusiyyətlərini öyrənməklə əldə
edilmişdir.
Müasir psixologiya elminin nailiyyətlərini araşdırmaq və
öyrənmək, eləcə də onlardan optimal şəkildə istifadə etmək
Digər mühüm bir addım, psixologiya elminin əldə etdiyi
nailiyyətləri araşdırmaq və öyrənmək və ondan optimal şəkildə
istifadə etməkdir. İşarə edildiyi kimi, psixologiya elminin bir
çox nailiyyətlərini yeni bir quruluşda, habelə İslam dəyərləri
və əsaslara söykənərək formalaşdırmaq mümkündür. Misal
üçün, təcrübə, statistika, fizioloji psixologiya, hislər və idrak,
irsi əsaslı psixologiyaya aid qanunlar elə bir qanunlardır ki,
bütünbunları İslami psixologiyanın bəyanında və inkişafında
1
rahatlıqla istifadə etmək mümkündür.
Psixologiyanın müxtəlif mövzularında təcrübi təhqiqatların
icrası
Sonrakı addım isə, İslam qaynaqlardan əldə edilmiş mövzular
üzərində təcrübu təhqiqatların icrasıdır. İslam psixologiyası
sözün əls mənasında təcrübi təhqiqatların aparılmasını tələb
edir. Nəzərə alsaq ki, İslam psixologiyasında bəzi mövzular
təcrübi təhqiqatların fövqündə dayanır, ancaq bir çox mövzular
təcrübi metodlardan istifadə etməklə onları araşdırmaq
mümkündür.
1. Malik Bədri, Təsviri kitabşünaslıq, səh. 74.