Page 183 - Islamic Studies 01
P. 183

,
               182) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
                İslam psixologiyası tədqiqat metodikası növləri
               İslam psixologiyası mövzularının və bəhslərinin çox və geniş
               olmasından dolayı, çox saylı tədqiqat metodlarına sahibdir. Bu
               metodlar aşağıdakılardır:

               Tarixi metod
               Tarixi metod daha çox keçmişdə baş vermiş hədisələrin bəyani

               və təsviri ilə məşğuldur. Başqa sözlə desək, bu metodda elmi
               mövzu  və  məsələlər  keçmişə  aid  məlumatların  işığı  altında
               öyrənilir. Həqiqətdə isə, təhqiqatçı tarixi metodlardan istifadə
               etməklə  başqalarının  müşahidə  nəticəsində  əldə  etdiyi
                                                                                    1
               təhqiqatlarının nəticələrindən istifadə etmək məqsədi daşıyır.
               Tarixi metod bir növ müşahidəni təkmilləşdirən metoddur.
               İslam  psixologiyasında  tarixi  metod  əsasən  İslamda  olan
               psixologiya təfəkkürlərin, habelə müsəlman alimləri tərəfindən
               həyata  keçirilən  psixoloji  təhqiqatların,  Məsumların  (ə),
               alimlərin  yaşam  tərzinin,  müsəlmanların  dini  təcrübələrinin,
               ariflərin  mənəvi  hallarının  araşdırılması  üçün  istifadə  edilir.
               İslami     psixologiyanın       bir    çox     mövzularını       tarixi
               məlumatlardan  istifadə  etməklə  təsvir  etmək  mümkündür.
               Quranda  da  tarixi  metoda  təkid  edilməkədədir.  Allah  təala
               Quranda  keçmiş  ümmətlərin  hekayələrini  bəyan  etməkdən
               əlavə, onların aqibətləri barəsində mütaliə edilməsinə də əmr
               edir.  “…Yer  üzündə  dolaşıb  görün  ki,  (peyğəmbərləri)
                                                                2
               yalançı hesab edənlərin axırı necə oldu!”.
               Digər  ayədə  buyurur:  “Sizdən  əvvəl  bir  çox  vaqilər  (ibrətli
               əhvalatlar)  olub  keçmişdir.  İndi  yer  üzünü  dolaşıb  haqqı
                                                                           3
               təkzib edənlərin aqibətinin necə olduğunu görün!”.



               1. Mustafa Əzkiya, Dərbane Araste, Əlirza, Təhqiqatın əsas metodları, səh. 294.
               2. Nəhl, ayə 36.
               3.Ali-İmran, ayə 137.
   178   179   180   181   182   183   184   185   186   187   188